lirik lagu pranga - yağış qadın
[bənd 1]
indi gözlərindəyəm, ona görə də ağlama
izin vermə, göz yaşın olub düşüm yanağına
yandırırdı hər gecə xəyalını qucaqlamaq
zülfümün hər şanəsi keçdi ömür darağına
nə qədər zaman keçsə də, burada ~ sol yanımdasan
yağış ətirli saçlarını sığallasın küləklər
qarışmısan damarlarıma, dövr edən qanımdasan
yüz illər belə keçsə, unudulmur mələklər
yoluma bax, ölümə gedən hər qatarla səfərdəyəm
üzümə bax, tanış gəlirmi gör indi bu qırışlar?
oradayam yenə, öldürdüyün o yerdəyəm
yenə də həmin küçəni isladırdı yağışlar
ağlama, axı sən ağlasan, mən də ağlaram
istəməzdim, hər gecə ağrılarımı görəydin
saçına düşən yağış, pəncərəndə damla qaram
bahar gəldi, mən də gedim, yolçu yolda gərəkdir
[nəqərat]
getmə, çünki gedişinə dözməyəcəm mən, düzü
sənin qızıl şanələrini vəsf eləyir hər sözüm
həmişə üzüm gülsə də, bir də gülməyəcək gözüm
onda nə xeyri var əgər? qoy heç gülməsin üzüm
gündüzüm, həsrətdir bax indi günəşə gündüzüm
gətir o qızıl zülfünün tellərində gül düzüm
alışmışam yanımda olmadığın hər gecə
bir~iki tütün alışsın, badələrimə mey süzüm
və vücudumun sol yanında çiynim üstə qalıb izin
cavid deyə bilməmişdi: “getmə, yağmurun qızı”
hər ayrılıq günündə küçələrində külək əsir
deyəsən, heç bakı da onda sevməmişdi bizi
[bənd 2]
qonaq gəldi xəyalın, danışdıq bütün gecə
danışdıq, amma sonda getməyi ilə barışmadım
niyəsə yazanda cavid ağlayırdı dün gecə
bir də mənim həyatımda olmayacaq yağış qadın
sən gələndə milyonların içincə yalnızıydım
küləklərlə gəlmiş idin, küləklərlə gedirsən
dəniz rəngli gözlərinlə tanrıların qızıydın
cənnətdən gəlmiş idin, indi mələklərlə gedirsən
əllərim boş qalır, yazılarımda azırdım
sən heç istəməsən də, təkcə səndən yazırdım
dünən gecə xəyalın qonaq gəldi otağıma
tüstü şəraba qardaş oldu və bu mahnı yazıldı
xəzər lazım deyil mənə, onsuz da gözlərin dəniz
mənim qara gözlərim kimi qaradır bəxtimiz
içimdə varsan deyə ölüm qorxudur məni
bir az kədər, bir az qəm və bitdi bizim hekayəmiz
[nəqərat]
getmə, çünki gedişinə dözməyəcəm mən, düzü
sənin qızıl şanələrini vəsf eləyir hər sözüm
həmişə üzüm gülsə də, bir də gülməyəcək gözüm
onda nə xeyri var əgər? qoy heç gülməsin üzüm
gündüzüm, həsrətdir bax indi günəşə gündüzüm
gətir o qızıl zülfünün tellərində gül düzüm
alışmışam yanımda olmadığın hər gеcə
bir~iki tütün alışsın, badələrimə mey süzüm
və vücudumun sol yanında çiynim üstə qalıb izin
cavid deyə bilməmişdi: “getmə, yağmurun qızı”
hər ayrılıq günündə küçələrində külək əsir
dеyəsən, heç bakı da onda sevməmişdi bizi
getmə, çünki gedişinə dözməyəcəm mən, düzü
sənin qızıl şanələrini vəsf eləyir hər sözüm
həmişə üzüm gülsə də, bir də gülməyəcək gözüm
onda nə xeyri var əgər? qoy heç gülməsin üzüm
gündüzüm, həsrətdir bax indi günəşə gündüzüm
gətir o qızıl zülfünün tellərində gül düzüm
alışmışam yanımda olmadığın hər gecə
bir~iki tütün alışsın, badələrimə mey süzüm
və vücudumun sol yanında çiynim üstə qalıb izin
cavid deyə bilməmişdi: “getmə, yağmurun qızı”
hər ayrılıq günündə küçələrində külək əsir
deyəsən, heç bakı da onda sevməmişdi bizi
Lirik lagu lainnya:
- lirik lagu phildel - ritual black (biskuwi version)
- lirik lagu nes (fra) - abruzzes
- lirik lagu maly miro - простужен (prod.by ness)
- lirik lagu good bana - à la fête
- lirik lagu coone - loyalty is everything
- lirik lagu psythoness - now we asking... ( r u my one)
- lirik lagu vulgo fk - ménage
- lirik lagu lil j4 - usain bolt
- lirik lagu полумягкие (polumyagkie) - милашка (cutie)
- lirik lagu swagtastic666 - letting it out