
lirik lagu pranga - sən getdin
[giriş]
sən getdin, elə bil dünya boş qaldı
yaz da köçüb getdi, yerin boş qaldı
bahar ürəyimi sənsiz qış aldı
mən yaza vurğunam, qışı neylərəm?
[bənd 1]
sən getdin, dəyişdi çox şey
dəli sevdaların atıldı daşı
düşmən kimi baxıram insanlara
zəhrimar sifətim, çatıldı qaşım
sən getdin, apardın özünlə
ömrümü o vaqonlarda
apardın illəri solda, ayları yolda
ətrini flakonlarda
sən getdin, elə bil illərin ahını aldın
elə bil uduzub ən ağır döyüşün düz ortasında silahımı aldın
sən getdin, getməsən, ölməyi dərk etməzdim
sən getdin, yerində olsam, mən getməzdim
sən getdin, çəkildi kölgən əbədi süfrəmin üstündən
görünmür artıq o gözəl üzünün silueti güzgümdə
sən getdin, vurdum kibriti, qaladım, xatirələr yandı
ölünün susmağı adətdəndir, səndə bu adət haradandır?
sən getdin, söndürmədi heç zəhərin təşnəmi
sən getdin, tanıyır daha məni
gecənin üçləri, səhərin beşləri
sən getdin, barıtın qoxusu qarışıb “chanel”ə
getdiyin yerləri yaz mənə
bəlkə də, bir gün yorulub, yığışıb gələrəm
(sən getdin)
[nəqərat]
həmişə sənsizəm mən, niyə sənsiz?
nə yerə baxmaram, nə göyə sənsiz
mən ki kor olmuşam hər şeyə sənsiz
kor gözün üstündə qaşı neylərəm?
[bənd 2]
qalma, vaxtdır
mənə həyat ölənlərə ağlamamaqdır
mənə həyat sağımda savaşdır
solumda dağdır, sonunda taxtdır
mənə həyat arxaya baxma
yatanda da gözlərimi bağlamamaqdır
mənə həyat ən dərində qanayan o yaraları
sarıyaraq tək qalxmaqdır və
heç kəsə bel bağlamamaqdır
bu, həmən otaqdır
mənə həyat ürəyimə çəkilən
o sıra dağı belə tanımaqdır
mənə həyat elə yola baxa~baxa səni yada salıb
amma bu ocağı yenə qalamaqdır
bu, həmin o bağdır
müşfiqinin ölümünü eşidən
o dilbərin son ümidi sağdır
sən getdin, səndən mənə qalan
o yaranı tək sarımaqdır
[nəqərat]
həmişə sənsizəm mən, niyə sənsiz?
nə yerə baxmaram, nə göyə sənsiz
mən ki kor olmuşam hər şeyə sənsiz
kor gözün üstündə qaşı neylərəm?
Lirik lagu lainnya:
- lirik lagu zach williams - lookin’ for you (dolly parton version)
- lirik lagu lil free - hear my cry
- lirik lagu kayawya - chris farley
- lirik lagu sâhir a.k.a. order - dindiğim kadar
- lirik lagu kamelsky - jak to jest
- lirik lagu leith ross - treasure
- lirik lagu nation of language - now that you're gone
- lirik lagu hariroc & pcf manman - dont need lean
- lirik lagu dakooka - депрессия (depression)
- lirik lagu nrolg - gothic