lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu pranga - qartal (slowed-reverb)

Loading...

[bənd 1]
zəncirləri qır, parçala, ver
ovuclarımda metal yonum
mən havada vurulan o təyyarə
partladılan qatar yolu
qandal qolum, vandal dolu solum
sinəm işgəncə medalyonu
yenilməz azərbaycan ordusu
əfsanəvi gəncə batalyonu

səsim çatır irəvana gur
yana~yana vur
dişə~diş, qana~qan, kəllə~kəlləyə
qanı qana vur
yan~yana dur
elə bir ordusan ki
addım atanda yer silkələnir
yana~yana vur
elə bir ordusan ki
vuranda göy üzü ildırıma bələnir

vur, komandir, elə vur ki
ərşə qalxsın şuşanın üstündə tüstülər
vur, komandir, şanlı silahınla
düşsün alovlar düşmənin büstünə
mən elə bir qartalam ki
bir qanadımı 92~də qırdılar mənim
mən hələ də çırpıram yaralı qanadlarımı
şəhid məzarlarının üstünə
düz 30 ildir qan yaddaşı
bəsdir, gözümə qan gəldi
mən füzuli, laçın, kəlbəcər, şuşa
qaracalı, xankəndi
qan dəydi dişimə bir dəfə
bu dəfə yox geriyə yol
dərəyə doldur leşləri, bu torpağa yol qur
vur

üstümdə barıt, əlimdə qan
hər iki ovcum qırdır mənim
iradəm dəmir qapı dərbənd, mərmi və qəlpə
dəli ruhum hərbə hazırdır mənim
millət, vətənəm, yurdam mən
yazıram tarixi buradan mən
ey vətən, səmalarında qartal
torpağında qurdam mən

bərkəm mən, ürkür bəşər kölgəmdən
evimdir səngərlər, ruhumda yatır sərkərdə
illərdir, tərkəm mən
ana yurdumdan tərkəm mən
salam, dar ağacı
hüzurundayam altaylardan
həmən o türkəm mən
[nəqərat]
dünya: ‘’dön’’,~desə belə, dönmə, vur
cihana qarşı öndə dur
basdığın hər döngə yurd
arxanda bütün ölkə, vur

dünya: ‘’dön’’,~desə belə, dönmə, vur
cihana qarşı öndə dur
basdığın hər döngə yurd
arxanda bütün ölkə, vur


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...