lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu pranga - maria

Loading...

[bənd 1]
ey maria, bu məktub sənə, oxuyan kimi yandır, tulla
burada sistem ağırdır, döyülür gündə qullar
şeirlər yaltaq, musiqilər saxta, fonoqrama
məmurlar kukla, ‘’dollhouse’’, ‘’psychodrama’’

qan qoxur öskürəklərim, qara ölümdür bunun adı
makiyajın axıb, ağlamısan, gizlətmə bunu, qadın
biz 92~də ana həsrətini basdıranda səngərə
meyit dolu indi döngələr

tanrı, de görüm, bu, nə idi?
tankın əyə bilmədiyi belləri sonda pul əydi
halalı harama qatdıq biz
adəm oğlu bütlərə allah deyən gün batdıq biz

ey maria, ölülər ağlamır, mən də ağlamadım
görəndə göz yaşım gedəni saxlamır
serenadalarımı rekviyemlərə döndərdilər
məni tanrıya göndərdilər

[nəqərat]
bu nəğmə əcəl zəngi, danışdıqca dağılır əngim
öskürəklər, bağırtılar, qan ətri, ciyər vərəm
kadrlar ağ~qara, dünyanın da solub rəngi
üzülmə, qadın, ölüm olsa, dönmərəm
bu nəğmə əcəl zəngi, danışdıqca dağılır əngim
öskürəklər, bağırtılar, qan ətri, ciyər vərəm
kadrlar ağ~qara, dünyanın da solub rəngi
üzülmə, qadın, ölüm olsa, dönmərəm

[bənd 2]
ey maria, mən vətən xainiyəm
mən yalnız yaratdığım əsərlərdə daimiyəm
mən yazıram narkobiznes, ‘’illegal’’ zinaları
maskalar belə gizlədə bilmir alçaq simaları

ruhumun bağırtılarını yazıram, 6 ildir
cavidi çarmıxa gərdim, pranga dirildi
gözlərimin önündə alçaldı ilahilər
yerinə alçaqlar ilahiləşdirildi

24 ildir, yerdə qalıb şəhid qanı bizdə
nəfsinə məğlub olan yıxdı günahı şeytan üstə
dualar xilas etmir, azanlar ruhsuzdur daha
sinəmdəki ət parçası da buzdur daha

bura dəlixanadır, səs eləmə
hərdən gündə 2 qutu siqaret belə bəs eləmir
payız, qələm yazır ölülərin balladasını
bura çexovun 6 saylı palatası
[nəqərat]
bu nəğmə əcəl zəngi, danışdıqca dağılır əngim
öskürəklər, bağırtılar, qan ətri, ciyər vərəm
kadrlar ağ~qara, dünyanın da solub rəngi
üzülmə, qadın, ölüm olsa, dönmərəm

bu nəğmə əcəl zəngi, danışdıqca dağılır əngim
öskürəklər, bağırtılar, qan ətri, ciyər vərəm
kadrlar ağ~qara, dünyanın da solub rəngi
üzülmə, qadın, ölüm olsa, dönmərəm

[çıxış]
fırlanır qanlı çarxım
bir də vurum, bir də qalxım
yola çıxanda anladım
bu yolun yoxdur axırı

möhkəmdir yelkənlərim
dənizlərdə batmaz gəmim
mən tufanlar görmüşəm
küləklər yıxmaz məni


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...