lirik lagu pranga - dağ
[giriş]
ulduzlar havanın bağrını dəlir
qayalı dağlardan duman yüksəlir
xəyalım gecəni salama gəlir
çapdırır atını birbaşa dünya
ellərə baxıram bağçalı, bağlı
göylərə baxıram, qapısı bağlı
təbiət ixtiyar, sirli, soraqlı
əzəldən yaranıb tamaşa dünya
[nəqərat]
şeir, mahnı, sözüm, səsim
məndən geriyə nə qalacaq?!
bayraq, kəfən, tabut, torpaq
öləndə bədəni nə saracaq?!
saçın, ətrin, sözün, səsin
səndən geriyə nə qalacaq?!
ölüm, itim, görən, hansı
səni də məndən aparacaq?!
[bənd 1]
yenə də qal
qal ki, gedəndə qalmasın ağlım
sən axı bilirsən, getdiyim yerlərin qapısı bağlı
hər yanı dağlıq, göz~gözü görmür
duman~çən, təkəm mən, üstüm~başım dağınıq
buralar çətindir, bura qırır adamı
buralar uzaq edir yaxını
bura elə bil fermopil keçidi, qan gölü
yerusəlim, dərin bataqlıq
elə bil şeytan damarını kəsib
qanını torpağa axıdıb
sol yanı sən parçalamışdın
bayaq da 7/62 deşdi sağımı
göy üzü bulud, günəş, dağlar
dedim, yəqin, ölüm çağırır
eşidirəm səsini, elə bil haradasa
qara paltarlı bir qadın darıxır
mavi gözlərində alov
elə bil okeanda yanğın
deyirəm axı, su necə yanır?!
kəsmir heç cürə ağlım
sən demə, su da yanır
pis xəbər gələndə dağlar da dağılır
[nəqərat]
şeir, mahnı, sözüm, səsim
məndən geriyə nə qalacaq?!
bayraq, kəfən, tabut, torpaq
öləndə bədəni nə saracaq?!
saçın, ətrin, sözün, səsin
səndən geriyə nə qalacaq?!
ölüm, itim, görən, hansı səni də
məndən aparacaq?!
şeir, mahnı, sözüm, səsim
məndən geriyə nə qalacaq?!
bayraq, kəfən, tabut, torpaq
öləndə bədəni nə saracaq?!
saçın, ətrin, sözün, səsin
səndən geriyə nə qalacaq?!
ölüm, itim, görən, hansı səni də
məndən aparacaq?!
[çıxış]
bir də görürsən ki, açılan solur
düşünən bir beyin, bir torpaq olur
bir yandan boşalır, bir yandan dolur
sirrini verməyir sirdaşa dünya
əzəldən belədir çünki kainat
cahan daimidir, ömür amanat
əldən~ələ keçir vəfasız həyat
biz gəldi~gedərik, sən yaşa, dünya!
Lirik lagu lainnya:
- lirik lagu fred panopio - ngunit ngayon
- lirik lagu srjy & rvzzer - walking on wake
- lirik lagu kash kyla - do it freestyle
- lirik lagu @thatsdakota - куритьигратьтолкать (smokinplayinpushin)
- lirik lagu бабл (babl) - вечный (eternal)
- lirik lagu lasio - descampaos y plazoletas xxix(riber & rober)
- lirik lagu annapantsu, chloe breez - red wine supernova
- lirik lagu mamá ladilla - fucking africa (king áfrica...)
- lirik lagu pablo alejandro - starless sky
- lirik lagu kane rodriguez - bailando