lirik lagu pranga - aman ayrılıq
[bənd 1]
biz ki heç qovuşmadıq
sol yanımda xatirən heç zaman sovuşmadı
səni ağlatmaq istəsəm, asanlıqla deyərdim ki
bircə dəfə sənsiz nələr çəkdiyimi soruş, qadın
indi uzaqlardasan, öz də çox uzaqda
bilmirəm ki, hansı ev, ya da ki hansı qucaqda
qəribə idi, bir zaman saçlarıyla sevişdiyim bir qadını
indi yalnız sevə bilirəm uzaqdan
sən indi o günlərin, mən isə sənin özləmində
boş ümidlə qələmi qardaş edib özümə gözlədim də
necə də ağrıdırdı sənin zərafətli baxışlarını
axtaranda başqa~başqa qadınların gözlərində
gələcəm, əgər yoxluğunda yolumu azıb itməsəm
bəlkə şair olmaz idi, cavid əgər getməsə
öldürəndə son istəyin nədir deyə soruşsan
yenə deyərəm – ‘’yalvarıram, balaca qız, getmə sən”
[nəqərat]
birgə getdiyimiz yolda indi ayrı qayıdırıq
yadigarın olan memuar dünən oldu qırıq~qırıq
bu vəziyyətdə nə sən, nə mən, nə də ki tale günahkar
təkcə yanaraq hər gecə deyirik aman ayrılıq
birgə getdiyimiz yolda indi ayrı qayıdırıq
yadigarın olan memuar dünən oldu qırıq~qırıq
bu vəziyyətdə nə sən, nə mən, nə də ki tale günahkar
təkcə yanaraq hər gecə deyirik aman ayrılıq
[bənd 2]
payızla gəlmiş idin, sən yağışın qızı idin
qayğısızca əsib keçən uşaqlığımın izi idin
yan~yana olanda da o qədər uzaq idik ki
sanki sən xəzər, mən isə təbriz idim
ya da ki mənəm dəniz, boş və tənha sahilim
indi qoy qucaqlayım, xəyalındır müsafirim
ilhamı idin şairin və yeganə tanrısı idin
özünə belə inanmayan bu ən qatı kafirin
səndən əsrlər keçir, qocalmışsan xeyli sən
sən füzuli gözündə qara zülfü~leylisən
‘’senorita milena’’, frans kafka, mən
bapbalaca bir qızın eşqə olan meylisən
[nəqərat]
birgə getdiyimiz yolda indi ayrı qayıdırıq
yadigarın olan memuar dünən oldu qırıq~qırıq
bu vəziyyətdə nə sən, nə mən, nə də ki tale günahkar
təkcə yanaraq hər gecə deyirik aman ayrılıq
birgə getdiyimiz yolda indi ayrı qayıdırıq
yadigarın olan memuar dünən oldu qırıq~qırıq
bu vəziyyətdə nə sən, nə mən, nə də ki tale günahkar
təkcə yanaraq hər gecə dеyirik aman ayrılıq
birgə getdiyimiz yolda indi ayrı qayıdırıq
yadigarın olan memuar…
Lirik lagu lainnya:
- lirik lagu over thrirty - never grown up
- lirik lagu carter love - dance or die
- lirik lagu dj paul & kordhell - music for the funeral (sped up)
- lirik lagu rock plaza central - record brody count
- lirik lagu ly (lytruemusic) - did it by myself
- lirik lagu glumy764 - derealized
- lirik lagu narson (greensboro) - façade
- lirik lagu popivniuk - ser...
- lirik lagu gonzalo ávila - buscándote
- lirik lagu metrickz - beamer, benz u. rap