lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu pranga - əlvida

Loading...

[bənd 1]
üstümüzdən illər ötdü, yoxluğunla barışdım
bakı yağışını boş ver, əsas sil gözümün yağışını
gəl, yenə siqaret yandırıb danışaq əvvəlki kimi
de görüm, necəsən indi, ey dəniz gözlü sarışınım?

mən olmasam, mənim yerimə payızı qucaqlayarsan
nəyi aparırsan, apar, olar, bircə saçını saxlayarsan
eşitdim ki, deyibsən, ağlamaram mən heç vaxt
inan, səni elə yazaram, özün də ağlayarsan

[nəqərat]
yazdım adını divarlara
qıyıram indi damarlara
gedirəm özgə diyarlara
əlvida…

şeirlərimi gizləyərsən
yollarımı izləyərsən
gəlməsəm də, gözləyərsən
əlvida…

yazdım adını divarlara
qıyıram indi damarlara
gedirəm özgə diyarlara
əlvida…
şeirlərimi gizləyərsən
yollarımı izləyərsən
gəlməsəm də, gözləyərsən
əlvida…

[bənd 2]
yenə də necə də gözəlsən
dəyişmə saçının rəngini
sən elə belə də gözəlsən
deyirlər, zaman dəyişir insanın gözəlliyini
gör neçə il ötüb keçdi, sən hələ də gözəlsən

gəl yenə bir~birimizə gic~gic məktublar yazaq
oturub arxa partada yenə də host~a qulaq asaq
aç ‘’hardadır’’ track’’ini, mən də taxım qulaqcığı
müəllim hey danlasın, bizsə yenə də dərsi pozaq

sənlə necə də gözəl idi, əsdi, keçdi külək kimi
indi mahnılarda sənin adın keçir mələk kimi
həyat hər kəsin qarşısına birini çıxardır
bizlərin qarşımıza çıxardacaq, görək, kimi

neçə qadın gəldi, keçdi, sənin yerini vermədi
çıxıb başqası ilə getdin, sağ ol, mənlə gəlmədin
gələn vurdu, gedən vurdu, yıxıldıqca yıxıldım
yaxşı ki, getdin elə, bu günümü görmədin
[nəqərat]
yazdım adını divarlara
qıyıram indi damarlara
gedirəm özgə diyarlara
əlvida…

şeirlərimi gizləyərsən
yollarımı izləyərsən
gəlməsəm də, gözləyərsən
əlvida…

yazdım adını divarlara
qıyıram indi damarlara
gedirəm özgə diyarlara
əlvida…

şeirlərimi gizləyərsən
yollarımı izləyərsən
gəlməsəm də, gözləyərsən
əlvida…


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...