lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu paster - qaranlıq keçiddir

Loading...

[bənd 1]
milyon baxan gözlər, sevgimiz kimdədir?
tərzimi götürdün, qəlbimi bilmədin
səbrimiz ‘’makar’’da son qalan güllədir
bağçama girmisən, soldurma gülləri

ruhunuz tanrıya, dalınız sistemə
gec~tez bu insanlıq torpağa gübrədir
peyğəmbər ümməti çıxmışam minbərə
qaranlıq gecənin cavabı sübhdədir, bilmədim

yatdım sənətlə, bu ömürlük siğədir
ulduzam mən, gecə parlayır ‘’g~wagen’’
xəzərin altında qara xəzinədir
qara həyat tərzi, qara bəzəyir məni

barmaq tətikdədir, ’’брат’’lar əcinnədir
kirlənmiş əllər və sirli əqidədir
konsertsən sonra sürtüklər hədiyyədir
ağlımız qaradır, səndə bədiədir

ölməyi gördük biz, ölümdən betər nədir?
eşq üçün, pul üçün sorma, səbəb nədir
ən ali irqin kirli əməlləri
bir gün yaşamalı, bir gün gəbərməli
incə bir xətdir bu cənnət~cəhənnəmi
dünya ilə dost idim, sevgin zəhərlədi
yerdə bitən buğda göydən xəbər verir
yerdə itən oğlan göydə səfərdədir

[bənd 2]
qaralara zəng, kəndçilərimə salam de
‘’hype’’ımızı götür, əvəzinə çamadan ver
əllərimdə yanıq izi, studiyam ’’пекарни’’
qara sözlərdən etdik ağ rəngdə biznes

dirənirik, bıçaq sümüklərə kimi qandır
aclığım sınaqdır, hər günüm bir ramadandır
hündür binalar dolu balaca adamla
dönüb ‘’viral’’a hər şey, qəribə zamandır

mən, bir də ’’банда’’m, dəli izdihamdır
günahların şəhərində ilahi imandır
ayaqları palçıqda, yolu asimanda
dərin dərələr axan böyük bir cahan var

[çıxış]
kimsə şəbəkəni söndürməyi bacarıb
kimsə ona verilən dərmanları içmir, bölür
kimsə gecənin dərinliyindən qorxmur
bu kimsə başa düşür ki, qaranlıq yalnız keçiddir


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...