lirik lagu pərviz bülbülə - leyli məcnun
[bənd 1]
mənim eşqim günəş olsa, bata bilməz
yelə dönsə, külək olsa, yata bilməz
mənim eşqim suya dönsə, axa bilsə
onu qoynunda dənizlər tuta bilməz
onda biz bir~birini sevsək, əzizim
bizə dünyada sevənlər çata bilməz
[nəqərat]
leylini, məcnunu, yəqin ki, bilərsən
onlara eşqin üzündən olan oldu
sən məni sevsən əgər, bir də görərsən
elə sevdim səni, məcnun yalan oldu
leylini, məcnunu, yəqin ki, bilərsən
onlara eşqin üzündən olan oldu
sən məni sevsən əgər, bir də görərsən
elə sevdim səni, məcnun yalan oldu
[bənd 2]
mənim eşqim çiçək olsa, sola bilməz
bulud olsa, yağar ancaq, dola bilməz
ola bilsin ki, desinlər ki, nağıldır
bu qədər sevgi romantik ola bilməz
onu bil ki, nə deyirlərsə, desinlər
səni məndən daha heç kəs ala bilməz
[nəqərat]
leylini, məcnunu, yəqin ki, bilərsən
onlara eşqin üzündən olan oldu
sən məni sevsən əgər, bir də görərsən
elə sevdim səni, leyli yalan oldu
leylini, məcnunu, yəqin ki, bilərsən
onlara eşqin üzündən olan oldu
sən məni sevsən əgər, bir də görərsən
elə sevdim səni, leyli yalan oldu
leylini, məcnunu, yəqin ki, bilərsən
onlara eşqin üzündən olan oldu
sən məni sevsən əgər, bir də görərsən
elə sevdim səni, məcnun yalan oldu
leylini, məcnunu, yəqin ki, bilərsən
onlara eşqin üzündən olan oldu
sən məni sevsən əgər, bir də görərsən
elə sevdim səni, məcnun yalan oldu
Lirik lagu lainnya:
- lirik lagu ausic - my favorite fluffy friend
- lirik lagu nene the 6ix - doak
- lirik lagu happymealan - better late than never
- lirik lagu yassine stein - 1792
- lirik lagu swrsy - suicide
- lirik lagu 38 spesh - dark & grim
- lirik lagu albert hammond - don't bother me babe
- lirik lagu absurd (de) - dawn of veritatis splendor
- lirik lagu j1hunnit - agree to disagree
- lirik lagu soufside dre & clayco - soufside 4 the culture