lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ədalət şükürov - megamix

Loading...

[nəqərat]
dünya sənindir, gözəl
aləm sənindir
sevgi bir baldır, gözəl
o da sənin

gözlər sənindir, gözəl
sözlər sənindir
vallah, bir ürəyim var
o da sənin
o da sənin

[bənd 1]
sənin adın nədir, ay gözəl?
sənin adına qurban olum
dayan, söyləyim sənə qəzəl
qoyma məni bir gültək solum

ay qız, keçmə bizim məhlədən
(bir də keçmə)
hamı baxıb sənə heyran olur
nə olar, bir söz alım səndən
(bir söz alım)
dayan, getmə, incimə məndən

[nəqərat]
dünya sənindir, gözəl
aləm sənindir
sevgi bir baldır, gözəl
o da sənin
gözlər sənindir, gözəl
sözlər sənindir
vallah, bir ürəyim var
o da sənin
o da sənin

[bənd 2]
əzizim, canım, gözüm, bu dərdə necə dözüm?
əzizim, canım, gözüm, yollarda qalıb gözüm

[keçid]
mənim kimi sevmədin, mənə boyun əymədin
əllərim ki dəymədi, sevdim səni nə fayda?
aldandım, suç etdim, bu sevdanı puç etdin
atıb məni sən getdin, sevdim səni nə fayda?

[nəqərat]
bənövşə bizim bağda, lalələr uca dağda
gül açır solda, sağda sən gələndə
yağış da damla~damla yağarmış hey aramla
gülüm, məni harayla sən gələndə

[keçid]
bir çinar, bir çinar, bir çinar bilirdi
bir də dostum bilirdi mənim öz sirrimi
ay sevgilim, niyə belə vəfasız oldun?
qoca çinar, qoca çinar, qoca çinar
qoca çinar, qoca~qoca~qoca
[nəqərat]
qoca çinar bilirdi, qoca çinar bilirdi
yalnız çinar bilirdi mənim sirrimi
qoca çinar bilirdi, qoca çinar bilirdi
yalnız çinar bilirdi mənim sirrimi

qoca çinar bilirdi, qoca çinar bilirdi
bir də dostum bilirdi mənim sirrimi
qoca çinar bilirdi, bir də dostum bilirdi
bir də dostum bilirdi…

[bənd 3]
mən səni, mən səni, mən səni heç kimə dəyişmərəm
mən bu dünyadan sənsiz köçərəm
gəlişini gözləyirdim, sənə “əzizim” deyirdim
amma bu gün səni itirdim

mən səni heç kimə dəyişmərəm
səninlə ömrümü itirdim
yoxdur günlərin düzümü
itirdim özüm~özümü
bu gündən ki səni itirdim

[nəqərat]
itirdim, itirdim, itirdim
mən səni, deyəsən, bu gün itirdim
ümidim, gümanım bitdi
sevgiyə inamım itdi
çünki bu gün səni itirdim
ümidim, gümanım bitdi
sevgiyə inamım itdi
çünki bu gün səni itirdim
itirdim, itirdim, itirdim

ay, itirdim, itirdim, itirdim
mən səni, deyəsən, bu gün itirdim
ümidim, gümanım bitdi
sevgiyə inamım itdi
çünki bu gün səni itirdim

ümidim, gümanım bitdi
sevgiyə inamım itdi
çünki bu gün səni itirdim
itirdim, itirdim

[bənd 4]
üçüncü sinifdə oxuyurdum
dərsləri azacıq bilirdim
anamın qırmızı yaylığını
gizlincə mən sənə gətirdim

anamın o qırmızı yaylığı
sənin tellərini bəzədi
bilmirəm, anam onu bildimi?
amma mənə bir söz demədi

[nəqərat]
qırmızı, qırmızı, qırmızı yaylığı
gəlib sənə hədiyyə etdim
bu qırmızı, qırmızı, qırmızı yaylığı
bir gün evdən götürüb getdin

[bənd 5]
sən yalnız mənim idin, ömrümün işığı idin
hər günümə sən bir yaraşıq idin
payız günündə ayrıldı yolumuz
sönük düşdü göylərdən iki ulduz

mən səni belə bilməzdim
sevməsəm, heç üzülməzdim
görəsən, nə vaxtdır, haradasan, harada?
qalardın, gərək, mənimlə
indi uzaqlarda dinlə
ürəyimin nəğməsin son baharda

[nəqərat]
sən indi kiminsən?
de görüm, kiminsən?
bir zaman mənim idin
bəs indi kiminsən?

sən indi, sən indi
de görüm, kiminsən?
de görüm, kiminsən?
bu gün sən kiminsən?
sən indi kiminsən?
sən indi, sən indi, sən indi
sən indi…

[bənd 1]
bir yaz axşamı yandırdım şamı
neçə vaxtdır görmürəm səni
bir yaz axşamı taxdım nişanı
sevgilim, sənin barmağına

üzük qaşsız qalıb, qızıl da xal saldı
güzgünü toz aldı, qayıtmadın
bu şam bütün gecə sönür, yanır necə?
sönməsin, gur yansın, bəlkə gəldin

[nəqərat]
ürəyim, ürəyim, bəlkə gəldin
ürəyim, ürəyim tup~tup döyünür hər dəfə
sənin şəklini divarda görəndə
qapını tuk~tuk kimsə döyəndə
gedirəm açmağa, bəlkə gəldin

ürəyim tup~tup döyünür hər dəfə
sənin şəklini divarda görəndə
qapını tuk~tuk~tuk~tuk kimsə döyəndə
gedirəm açmağa, bəlkə gəldin
bəlkə gəldin, bəlkə gəldin


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...