lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ədalət şükürov - köhnə bağlar

Loading...

[bənd 1]
sən o vaxt bu kənddən qatarla getdin
indi sən də yoxsan, qatar da yoxdur
dalınca bir qatar durnalar uçdu
sən gedəndən bəri durnalar da yoxdur

hər il yaz gələndə köçərdin bağa
çıxardın ağaca xar tut yığmağa
hasardan baxardın hey sola, sağa
indi o ağac da, hasar da yoxdur
hasardan baxardın hey sola, sağa
indi o ağac da, hasar da yoxdur

[nəqərat]
nə günlər idi, nə vaxtlar idi
necə isti, necə sevimli bir çağlar idi
istilik var idi, doğmalıq var idi
bir də şahid ilk sevgimə köhnə bağlar idi

[bənd 2]
köhnə kənd yerində, şəhər dilində
şalvarda gəzərdin, əlin cibində
nərgizlər əkərdin divar dibində
söküblər, indi o divar da yoxdur

uzunsaç kuklana paltar tikərdin
hərdən daraqlayıb, saçın hörərdin
mismarla çinarda şəkil çəkərdin
kəsiblər kökündən, çinar da yoxdur
mismarla çinarda şəkil çəkərdin
kəsiblər, o yazıq çinar da yoxdur
[nəqərat]
nə günlər idi, nə vaxtlar idi
necə isti, necə sevimli bir çağlar idi
istilik var idi, doğmalıq var idi
bir də şahid ilk sevgimə köhnə bağlar idi

[bənd 3]
səhərlər təndirə çörək yapardın
bir gün bizdən də gəlib odun apardın
axşamlar nənəmlə tum qovurardın
o tumun dadından heç harada yoxdur

nə o vaxt bu kənddə kənar var idi
nə bu asfalt, nə “mall”, bazar var idi
sanki bir ədalət, bir sən var idin
sən köçəndən bəri ədalət də yoxdur
sanki bir ədalət, bir sən var idin
sən köçüb getmisən, ədiş də yoxdur

[nəqərat]
nə günlər idi, nə vaxtlar idi
necə isti, necə sevimli bir çağlar idi
istilik var idi, doğmalıq var idi
bir də şahid ilk sevgimə köhnə bağlar idi
bir də şahid ilk sevgimə köhnə bağlar idi
bir də şahid ilk sevgimə…
[çıxış]
sən o vaxt bu kənddən qatarla getdin


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...