lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu orkhan zeynalli - yvg

Loading...

[bənd 1]
tanış olduğun adamın iç üzü nə rəngdir?
bəlkə, qara qəlbini ağarda bilib, əhəngdir
zay çıxanlara görə pis olma, bu dünya nəhəngdir
adamdan çox adam var (yola ver, getsin)

alınmırsa sevgi, sən qəlbini qırıb
bu qədər dərindən, bilsək, kim
məsləhət verim, mən varlı papa kiyosaki
otur burada sakit, naz edirsə, nazına ki (yola ver, getsin)

iş yerində vay~vay
hökm sürür ortalıqda tapşırıq və dayday
maaşı gözlə ay sonuna qədər, açıq olsun təki “wi~fi”
sonra “linkedin”də “bye~bye” yazıb (yola ver, getsin)

sən özün də bilirsən
bu şəhərdə təmiz qalan yüzündən birisən
pisliyini istəyənləri üzündən bilirsən
ayağından çəkən olsa, ayaqqabının bir tayın ona ver, getsin

[nəqərat]
hamı burada
danışır həvəslə yenə puldan
kinomuz ölüb, amma hamı rolda
qoyub gedəcəklər yarı yolda
la~la~la, la~la~la
hamı burada
danışır həvəslə yenə puldan
kinomuz ölüb, amma hamı rolda
qoyub gedəcəklər yarı yolda
la~la~la, la~la~la

[bənd 2]
süni intellekt alacaq işimizi bizim əlimizdən
hirslənmə, bir üzdəyik, axırsa alın təri bizdən
nə olacaq bu işin axırı? yazdım: “dişim ağrıyır”
cavab verdi “chatgpt”: “döz (yola ver, getsin)”

elə bil keçmişdəyik, “calendar”da daş ili
evdə dovşan olanlardır, atır “tiktok”da şiri
mədəniyyət ölüb, deyəsən, gəlir burnuma aş iyi
ehsanımız boldur (yola ver, getsin)

bürclər olub “sensei”
ulduzlara hörmətimizə paxıllıq edir “usa”
merkurinin beyni çönüb, gərəkdir, asta olum
hər şeyin yaxşısını bilən astroloqum deyir ki: “yola ver, getsin”

həyatımın iyirmi faizi gedib, yoxdur güzəşti, abi
mən öləndən sonra da yaşayaram ən azı 180 il
siz embrion idiz yazanda mavi qızılgülləri
al bu gübrəni, ona ver, getsin (tez ol, ver)
[nəqərat]
hamı burada
danışır həvəslə yenə puldan
kinomuz ölüb, amma hamı rolda
qoyub gedəcəklər yarı yolda
la~la~la, la~la~la

hamı burada
danışır həvəslə yenə puldan
kinomuz ölüb, amma hamı rolda
qoyub gedəcəklər yarı yolda
la~la~la, la~la~la


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...