lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu orkhan zeynalli - yadımda deyilsən/özün günahkarsan (live)

Loading...

[bənd 1]
üzün yadımda deyil artıq, yəqin, illər keçdikcə
bu şəhər səni də alıb içinə, sən artıq adi sakin
bir unutmaqlıq sevgi, ya bir sevgilik həyat
nə qədər əbədi sevgidən yazdım, sonda unutdum lakin

bu xaraba yarımadanın tarix olmuş küçələrində
bir gün divarlar sökülür, bir gün arzular
üzünün birgə cizgisini yadıma salsalar
soyumuş qəlb üşüdər şəhəri, yarpaqlar solar

əlimizdən tutub bizi keçmişə aparsalar
deyərəm: “sən get, mən gəldim bəlkə, keçmişdəki mənlə
xoşbəxt ol, mənsə olum gələcək səhv”
deyərsən: “zamanı aldatdıq”, ~ birdən soruşsalar

səsin yadımda deyil artıq, bir gün zəng etsən
adını de, sonra sus, çoxluqda itə bilərsən
ya da ki fərq etməz, birdən özünə dərd etsən
adın yadımda deyil artıq, adını deməyə də bilərsən

[nəqərat]
bəs bilmirdin, həsrətinlə ürəyimə
həsrətinin əvəzinə daş asırsan?
bəs bilmirdin, özün mənə yad olduqca
mənimçün də yavaş~yavaş yadlaşırsan?
soyuqluğun buz olanda yanağımda
nəfəsinlə başqasını isitmisən
sənsizliklə yaşadıqca otağımda
sən də məni bir otaqda itirmisən

[bənd 2]
unudulur ilk öpüş, unudulur etiraflar
unudulur ilk görüş, görüş yeri və məkanlar
“yaddan çıxmaz doğmalar” ~ deyirdik bir vaxtlar
unudulmuş gör nə qədər insan var ətrafda

unudulub titrəyən səs, artıq o səs əsmir
üşütmür bakı küləyi də, artıq o sərt əsmir
unudulur yaxşılıqlar, unudulur “çox sağ ol”lar
inanmazdım, nə vaxtsa yaddan çıxacaq sığallar

unudulur unutmaq üçün atılan addımlar da
unutdurmaq üçün bir neçə saatlıq qadınlar da
yaddan çıxıb artıq yataqda səhv düşən adlar da
illərin yaddaşı indi ancaq rəfdəki şərablarda

unudulur verilən sözlər ilk gün kimi
sönür, gedir hisslər solub gedən ilk gül kimi
və məndən heç nə gözləməyin, qələm də həminki deyil artıq
hansı mahnı kimə yazılıb yadımda deyil artıq, deyil artıq
[nəqərat]
bəs bilmirdin, unutdun bu gününü
bir gün yenə bu ocağa dönəcəksən?
bəs bilmirdin, dodaqlarda alışanda
mənim üçün ürəyimdə sönəcəksən?

nə deyim, nə? günahını qaytar mənə
ürəyimdə yanar bir od söndürmüsən
damla kimi yaşadıqca özgə qəlbdə
gözlərimdən damla~damla süzülmüsən

soyuqluğun buz olanda yanağımda
nəfəsinlə başqasını isitmisən
sənsizliklə yaşadıqca otağımda
sən də məni bir otaqda itirmisən


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...