lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu orkhan zeynalli - satılmış səhnələr

Loading...

[bənd 1] [orkhan zeynalli]
satılmış səhnələrdə qeyrətdən oxumaq kimidir
yalançı olmaq, atadan xəbərsiz doğulmaq kimidir
nə qədər olar həssas damarlardan asılı qalmaq?!
nə qədər olar ümid vermək adıyla mahnı yazmaq?!

nə qədər olar həyatdan danışmaq sən ölmüsənsə?!
səhnənin sənə bəxşi – çürümüş irsə dönmüsənsə
səhər sevgidən yazıb, gecələr qəlb qırmaq
nə qədər olar çiyinləri tapdalamaqla ayaqda durmaq?!

xalqın gözünə baxıb oxumaq, cibini düşünüb yazmaq
isti alqışlar içdə buz qəlbdən üşüyüb azmaq
xəyanət yatağında doğulanda səmimi sevgi mahnısı
kimsə də xəyanətə dözməyib istəyir özünü asmaq

yalan dediklərinin qabağında bacarsan düz dur
həyat verir, alır, elədiklərin qayıdır bu düstur
səhnələr satılıb artıq? qələmə kağıza yox ehtiyac
artıq hisslər də mahnılardan çoxdan edib merac

[nəqərat] [tomris]
dəyişdikcə illərlə, bütün sevgilər də
qalır duyğularımız sözlərdə
danışdıqca hisslərlə, susursa gözlər də
qalır mahnılar ancaq dillərdə
[bənd 2] [orkhan zeynalli]
keçir zaman, ölür dəyər, tək ümid mahnılara
bu düz, ya səhv eləmir fərq, dərmansa ağrılara
zamanın nəbzi əlimdə, döyünür bərk qələmimdə
ölüb, ya sağ ~ eləmir fərq, dayaqsa duyğulara

mən niyə yaxşı olum, əgər indiki insanlar
tapırsa ehtiras, itəndə sevgi yataqlarda?
və bədənlər birləşdikcə unudulursa hisslər
niyə hisslərim saf olsun qələmlə qovuşduqca?

tapırsa cənnəti mələklər varlı axmaqlarda
niyə cəngavərlər axtarsın bəxti ağ paltarda?
bir dost üçün göz yaşı tökmək saf vaxtlarda
indi isə dost vitrində, satırıq antraktlarda

yadelli torpaqlarda, xoşbəxt sayılmaq orda
nə vaxtsa, amma göz yaşı ilə oxumaq himni xorda
yaxşı olub, niyə pisə çevrilirik axırlarda?
görəsən, peşamandırmı yaradan yuxarılarda?

bunları dərk etdim illərlə, mən də bezib susdum
kağızdakı bütün saf hissləri bir günə pozdum
yaraşmır qələmə səmimiyyət insanda yoxsa əgər
vicdanı söndürdüm, görüm ömrüm nə qədər çəkər?!
[nəqərat] [tomris]
dəyişdikcə illərlə, bütün sevgilər də
qalır duyğularımız sözlərdə
danışdıqca hisslərlə, susursa gözlər də
qalır mahnılar ancaq dillərdə


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...