lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu orkhan zeynalli - sadəlövh

Loading...

[bənd 1]
dəftərimə əyri xətlər çəkmədim heç vaxt
yazmalı düz var ikən
donub qalmaq gərəkəndə
oluram pis maneken
səbrimi sınağa çəkənlər
kəsilib imtahandan
eyni anda iki adamdan biri
olmağımı istəmə, ‘’okay?’’

bilirəm səhvim çox
nöqsanların dairəsi kimiyəm
məndən başlama, əl çək
birinci özünü düzəlt
heç nəyi yox ikən gülərüz
yoxsulların ailəsi kimiyəm
hərdən həqiqət deyən 90~ların “ans”i kimiyəm

bir az tənbələm, düzdür
amma ki həmişə ən dərində üzdüm
bir neçə il keçdi
ala bildim öz əlimdən özümü
babam son illərini yaşamışdı gözləri kor
mənsə qəhrəman görürdüm
onun gözlərində özümü
görmüşəm həyatın hər üzünü
həm ulduz, həm fəhlə
vaxtlarım var idi ki
döşəmə idi yatmağa yer
indi şükür edirəm sahib olduqlarıma həm də
istəsən, otur yanımda
onsuz da qalmayıb qalxmağa yer

[nəqərat]
gec~tez sönəcək ulduzum
mənim hekayəmdə sevgilər uduzur
boş olan qəlbimin ərimədi buzu
yoxladım nə qədər, nə qədər, nə qədər

gec~tez sönəcək ulduzum
mənim hekayəmdə sevgilər uduzur
boş olan qəlbimin ərimədi buzu
yoxladım nə qədər, nə qədər, nə qədər

[bənd 2]
dedilər, ata olmağın keçir vaxtı
yaş oraqla biçir vaxtı
düşünürəm ki, yaraşardı mənə qız övladı
yaşıdlar qaldırır hər səhər
məktəbə uşağını indi güclə
mənsə qaldırıram kubok ‘’fifa 23’’də
baxma, indi belə olmuşam
əvvəl sadəlövh idim
gözümün önündən keçər
dəyirmanın əsəri
mənə mesaj yazıb sevgidən
məsləhət istəyənlərə
bilmirəm, nə cavab verim
keçəl~dərman məsəli

indi bax əllərimə qırışıb, çəkim artıb
nə qədər oxusam da
artıq artar çətin ağlım
məni satmaq istəyən bütün dostlarıma
dəyərimdən bir az artıq pul göndərib
‘’whatsapp’’da çekin atdım

hər şey yaxşıdır, şükür
yaxşı olsun sonum təki
vermişəm lirik sətirlərimə ‘’unison back’’i
faciə filminə bənzəsə də bəzən həyatım
yıxılmadım, əvəzində yazdım ona ‘’soundtrack’’i

[nəqərat]
gec~tez sönəcək ulduzum
mənim hekayəmdə sevgilər uduzur
boş olan qəlbimin ərimədi buzu
yoxladım nə qədər, nə qədər, nə qədər
gec~tez sönəcək ulduzum
mənim hekayəmdə sevgilər uduzur
boş olan qəlbimin ərimədi buzu
yoxladım nə qədər, nə qədər, nə qədər


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...