lirik lagu orkhan zeynalli - ölsəm, bağışla
[bənd 1]
səni gözəl xatırlayıram
sənlə keçən ömür müşfiqə bənzər
qəlbin idi eşqimə mənzər
ki, bu gözlər üçün cahanda
tək sən idin möcüzə
vurulmuşdum bir üzə
bu ümmanda bir üzək
yenə həsrət
sənin üçün darıxmaq belə
inan, müqəddəs dərd
gətir ətrini, əs bərk
üzün ibadətgaha bənzər
ruhum sığınmaq istər
soyuq bədənində solan gülüm bağ istər
və yaddaşımdan pay istə
səni gətirim, bu dünyanın
xislətindən ar istə
gülüşün sapfirə bənzər
nə qədər dərinsən ki
yanında saf biriyəmsə
hələ də diriyəmsə
sevgim yanar dağa bənzər
yenə o bağa bənzər
görüş yerimiz varmı?
bu dünya belə nəhəngsə
nədən yerimiz dardır?
bu gecə içirəmsə
demək, əcəlim səhv
unutmaram simanı
güzgüdəki əksimə bənzər
[nəqərat]
gəl dayanaq yollar ortasında
soyuqlarda qal yanımda
təki səsləyəndə gəl
təki səsləyəndə gəl
dayanaq yollar ortasında
soyuqlarda qal yanımda
təki səsləyəndə gəl
təki səsləyəndə gəl
[bənd 2]
səni gözəl xatırlayıram
istəməzdim, bu qədər erkən sən daş olasan
şeirdə yaddaş olasan
nə edək, ölüm mahnıya bənzər
oturub ağlayaq
ən sərt qayaların incə dalğalarla rəqsi
ağrıya bənzər
sükut sən gedəli ən şirin həmsöhbətim
əzbərləyib hər söhbəti
bu divarlar bizim idi
qucağım indi güldana bənzər
boşdur, çiçəyinə həsrət
nədən bitən hekayələrlə
bu günü sınağa çəkir gələcəyimiz bərk?
sayılı günlərimiztək
həyatımsa bir cüt gülə bənzər
bəxtim deyil ənsər
əksimə düşür hər zər
bu gedişlərin dönüşü olmadığını bilirəmsə
demək, ümidim yeriyən səhv
köhnə şək!llərdə utanırdım toxunmağa sənə
indi söylə, bəyaz əllərinin yanına necə əl çəkim?
keçdi, bu ömür durnaya bənzər
dayanıb dünyaya bənzər
bu sevdadan necə əl çəkim?
[nəqərat]
gəl dayanaq yollar ortasında
soyuqlarda qal yanımda
təki səsləyəndə gəl
təki səsləyəndə gəl
dayanaq yollar ortasında
soyuqlarda qal yanımda
təki səsləyəndə gəl
təki səsləyəndə gəl
dayanaq yollar ortasında
soyuqlarda qal yanımda
təki səsləyəndə gəl
təki səsləyəndə gəl
Lirik lagu lainnya:
- lirik lagu sytry cart - фул клип (full clip)
- lirik lagu maharadzza - kolejny raz*
- lirik lagu twinstar - kid cannabis
- lirik lagu asianqara - твои губы ад (your lips are hell)
- lirik lagu eddiefrb - smiling friends vs don't hug me i'm scared
- lirik lagu bluxxi - attitude (prelude)
- lirik lagu 100 proof (aged in soul) - never my love
- lirik lagu caleb and kelsey - unconditionally
- lirik lagu lucie bílá - tak je dohráno
- lirik lagu asianqara - élysées