lirik lagu orkhan zeynalli - manya kərimova
o deyir bu həyat düzələr yenə,
o sevinc o gözdən süzülər yenə,
onun ən sonuncu günləri xoşbəxt quşlar qatarına qoşular yenə.
o solan həvəsi cücərər yenə,
o rahat yatacaq gecələr yenə,
biləcək bu həyatda gərəkli insandı, bir gün güləcək yenə.
bakı, səndən uzaqlaşdıran şosseylə.
maşında host, qulağımızda krec’in nəğməsiylə.
yolumuz şamaxı istiqamətində füsunkar duman, mühərrikin səsi, diksinirdi dincələn botanika.
bir az var dinamika, yarpaqlar əsir, buludlar bezir, yol uzanır, uzandıqca beyin bezir.
hiss edirik saniyələr ömrümüzdən gedir, ağacları, döngələri saya-saya.
bu yolumuzun səbəbkarı olan şəxs, onun özünə həyatı bir qədər kobud və biraz tərs.
son dərəcə inamsız o, artıq allaha da qarşı.
həyatından narazı, bu yaşda həyata qarşı.
ömrünü həsr etmiş xalça toxumağa, vaxt ayırmamış yazmağa, oxumağa.
kəndin ən ucqar ucunda mövcud xalça fabriki, onunla eyni qocaldı, köhnəlib söküldü.
amma vaxt vardı ki, o barmaqlar iynələrlə möcüzələri həyata keçirib fəxr edirdi əsərlərlə.
zibilə qalsın burokratiya, sökülsün! əmri verən o əllər də, bu işə sərf edilmiş o illər də.
boşa mı getdi görən tək bir işdi əlindən gələn, hər insanın öz marağı yaranır həyata gələndən.
onun marağı incəsənət, gözəllik yaratmaqdı.
bizim işimiz isə sadəcə dinləməkdi.
“40 il əvvəl mən də cavan idim, mənim də öz arzularım var idi. çoxu indi heç yadıma da gəlmir. bir neçə rəfiqəmlə həyatdan danışardıq. bəziləri yoxdu indi, bəzilərisə köçüb artıq. heç vaxt düşünmürdüm ki, gedim mən də şəhərdə yaşayım. bilirsən, kənd yeri elə bil ki, ayrı dünyadı. hamını tanıyırsan, xeyir-şərini bölüşürsən. axşamlar isə bir həyətdə yığışıb gülüşürsən. qızımı ərə vermişəm artıq, indi o bakıda yaşayır. hər dəfə deyir amma nəsə yadımda qalmır haradı. sağolsun bayramlarda gəlir mənim qayğıma qalır, həmin o xoşbəxt saniyələri zaman əlimdən alır. çox böyük sürətlə gedir bu qatarlar. hansı ki, adi bir gülüşü bahasına satarlar. nə edim mən ki, adi insan doğulmuşam. mən də bu maddiyat bataqlığında boğulmuşam. yerinə tikilər yəqin otel ya da elə bir şey. nəyimə lazımdı yaddaş, unudulacaqsa hər şey. inanırsan, 60 il bəlkə ondan da çox, mən burda sevinc qarşılığında həyat verdim. ömrümdən kəsib illəri çoxuna dayaq verdim. cavanlıq günlərimi bu xarabaya mən qurban verdim. hər dəfə cavab verdim qoca gözlərimin sualına, öz ölüm məktub-mu pıçıldadım qulağıma.”
bəlkə daha sadədi hər şey, sadəcə həyatda kiminsə bəxti gətirir, kiminsə yox.
axı ola bilməz ki, hamıda hər şey yaxşı olsun.
kimsə xoşbəxtsə gərək kimsə bədbəxt olsun.
adi bir insan idi amma böyük ürəyi vardı.
bayırda yay havası, dağlarınsa başı qarlı.
həmin o qadına doğma torpağında yer verildi, sökülən fabrikin isə yerinə məktəb tikildi.
Lirik lagu lainnya:
- lirik lagu katherine jenkins feat. henry olusegun adeola samuel - kiss from a rose
- lirik lagu stacey kent, simon thorpe & steve brown - isn't this a lovely day?
- lirik lagu teen top - warning sign
- lirik lagu scour - bright idea
- lirik lagu s.o.b - dunia goyang dangdut
- lirik lagu d.notive - martyr
- lirik lagu riverside - towards the blue horizon
- lirik lagu elba ramalho - adeus iracema
- lirik lagu noize mc - самогон & ганджубас
- lirik lagu riverside - #addicted