lirik lagu orkhan zeynalli - dəyişir həyat
[bənd 1] [orkhan zeynalli]
bir gün itsəm, neçə gün sonra yada düşərəm
biraz darıxandan sonra unutsan, başa düşərəm
nə vaxtsa üzdə gülüş idim, artıq gəzən şərəm
nə vaxtsa dayaq olduqlarıma indi çürümüş ələm
ətraf sıxdıqca, sıxılmaq sətirlərə
dizini qucaqlamaq belə artıq çətin gələr
artıq o yaş deyil ki, söykənəsən valideynlərə
artıq inam da yox sən tərk edəndə qal deyənlerə
sadə olduqca hörmət azalır ~ kimi paradokslar
amma ən tez mən qaçdım düşəndə dara dostlar
elə bil yox ürək ki, hələ bir onu qırmaq olsun
ölümlə üz~üzə deyiləm arzum sağ qalmaq olsun
hərə bir tərəfdən sıxır, sanki sabah bitir
ömür, sanki bir işıq idim hansı ki, artıq gözdən itir
sönür, elə bil həyatın mənə olan planları tükənmək üzrə
yəqin ki, birinci yerəm hər insana güvənmək üzrə
[nəqərat] [gültəkin]
dəyişir səni həyat
azalır sənə maraq
hardadır axı dünənlər?
dəyişir sənin üzünə gülənlər
dəyişir səni həyat
azalır sənə maraq
hardadır axı dünənlər?
dəyişir sənin üzünə gülənlər
[bənd 2] [orkhan zeynalli]
hərdən boğulmaq, topuğa qədər su olan yerdə
səhvən doğulmaq azadlıq qorxusu olan yerdə
hərdən danışmaq, dərdini susan vərəqə
gəl həyatı həyatdan tez tərk edək, bu son dəqiqə!
sən zamana inanırsan yaraları sağaldar deyə
illər sevgilitək gedir ~ yalandan “qayıdacam” deyir
sən sanma qarın tox olsa, dərd azalar deyə
diqqətlə qulaq as, necə ruhun bağırır “acam” deyə
vicdanı təmiz saxlamaq, cəmiyyət qarşısında
nəyə lazım? çirkli qəlbə yem bol, daşısın da!
tək qalıb ağlayanlar həqiqət qarşısında
ürəkdən gülür xoşbəxt olur brandwall qarşısında
artıq qələmdən mürəkkəb əvəzinə çirkab çıxır
beynimdə qan əvəzinə vəhşi balıqlar üzür
həyatım cəngəllikdir, bacarsan gir tap cığır
görəsən neçə nəfər indi şərəfimə şərab süzür?!
[nəqərat] [gültəkin]
dəyişir səni həyat
azalır sənə maraq
hardadır axı dünənlər?
dəyişir sənin üzünə gülənlər
dəyişir səni həyat
azalır sənə maraq
hardadır axı dünənlər?
dəyişir sənin üzünə gülənlər
dəyişir səni həyat
azalır sənə maraq
hardadır axı dünənlər?
dəyişir sənin üzünə gülənlər
dəyişir səni həyat
azalır sənə maraq
hardadır axı dünənlər?
dəyişir sənin üzünə gülənlər
Lirik lagu lainnya:
- lirik lagu roger street freidman - love hope trust
- lirik lagu pau bou - bonus track 3
- lirik lagu mort garson - in love, gemini?
- lirik lagu cheezy831 - too fast!
- lirik lagu nikita w - estradiolo junkie
- lirik lagu sean morey - her way (the anniversary song)
- lirik lagu cg ski - sober nights (live)
- lirik lagu vinato - hysterics (истерика)
- lirik lagu taurs head - roads
- lirik lagu jesper lindell - christmas card