
lirik lagu orkhan zeynalli - çox sağ ol
[bənd 1]
çox sağ ol
bunu bu qədər içdən dediyimi xatırlamıram
hisslər iynədir
hər dəfə qucaqlaşanda batır qanıma
sənlə həyat sürət qatarıdır, ünvan xoşbəxtlik
bəyaz libasdakı simanın işığından
mənə bu qədər yaraşıb bəylik
bizim sevginin cavabı çox sadədir: 1~1
yaşlı bir ağacın altında
hüzuruna diz üstə gəldim
bu şeirlərin hər bəndindən
hər sətrindən, hər sözündən
ruhumun qaçmaq arzuları
duyulurdu bu yer üzündən
sonra sən gəldin
məndəki “mən”lər sənlə həyatımıza əngəl idi
qəm yatağıma öyrəşmişdim, tənbəl idim
sən demə, həyatın mənə hazırladığı
imtahanım sənsən
qış fəslindən yaralı qəlbə
güllər aça biləcək baharım sənsən
[nəqərat]
bu dünyada tək ümid yerimsən
çox sağ ol ki, sən
çox sağ ol ki, sən
güvəndiyim bərk, sarıldığım tək
çox sağ ol ki, sən
çox sağ ol ki, sən
[bənd 2]
çox sağ ol
mənə bu qədər həyat dərsini vermədi heç kim
sənə layiq olmaq üçün süzdüm özümü
vicdanımdan süzgəc kimi
uzağın adı yoxdur, yollar aparar, qürbətim sənsən
qaranlıq qorxutmaz, gözəlim
yum gözünü, zülmətim sənsən
ötən günlərim yük belimdə
bilirəm, onu daşımaq lazım
oxudum, gəzdim, gördüm
sən demə, artsa da xeyli yaşım, az ağlım
mən düşünürdüm ki, sevmək
bir gün sevgiyə ölməkdir
mənə öyrətdin, içdən sevəndə
sevgiliyə görə yaşamaq lazım
[nəqərat]
bu dünyada tək ümid yerimsən
çox sağ ol ki, sən
çox sağ ol ki, sən
güvəndiyim bərk, sarıldığım tək
çox sağ ol ki, sən
çox sağ ol ki, sən
[çıxış]
bu dünyada tək ümid yerimsən
çox sağ ol ki, sən
çox sağ ol ki, sən
güvəndiyim bərk, sarıldığım tək
çox sağ ol ki, sən
çox sağ ol ki, sən
Lirik lagu lainnya:
- lirik lagu kezara - laganini
- lirik lagu ray (jpn) - 夜来香迴旋 (yelaishiang huei shuen)
- lirik lagu cog - walk the line
- lirik lagu lil ot - ride wit me (original)
- lirik lagu kaboos - mordad
- lirik lagu narc3000 - matrix
- lirik lagu tyking & blizzy68 - san andreas
- lirik lagu moji x sboy - california
- lirik lagu metox - привяжет чем-то (скит) (will tie with something) (skit)
- lirik lagu ihre kinder - hexenhammer