lirik lagu orkhan zeynalli - əks-səda
[nəqərat]
indi qürbət gözlərin görür
hansı torpağın yağışın?
aylar keçir, illər ötür
hər kəs torpağa qarışır
atam dedi, dinləməzdim
babam susdu, heç bilməzdim
gəzməyə qərib ölkə
ölməyə vətən yaxşı
[bənd 1]
səni sağollaşmaq üçün çağırdım
mən səhv edərkən baxırdın
onda gözlərim araz çayıyla bir axırdı
yadındadır? 3 saatlıq imtahan
taleyimizi dəyişəcək, deyirdilər
tale isə, deyəsən, paxıldır
pis günlər geridə qalmır
pis məfhumu dəyişir
yerində saydıqca fələk mövzunu dəyişir
xəyallarımın çoxun satıb mən çörəyə dəyişdim
böyüdükcə güzgünü istədim
pəncərəyə dəyişim
baxıram dərdlərinə, necə də gülməlidir
bütün doğulan ümidlərin gecəylə ölməlidir
izlər aldadır, tapdım səadəti
axtarmadığım yerdə
ailə rəsmin çəkmə
heç kimə bağlanmadığın evdə
[keçid]
neçə qonşu pəncərəsində ömür sönüb
aramızdakı ikitərəfli yoldan ömür sürüb
nə qədər göz yaşını gecəylə güllər görür
sən demə, dost sözünü hecaya illər bölür
[nəqərat]
indi qürbət gözlərin görür
hansı torpağın yağışın?
aylar keçir, illər ötür
hər kəs torpağa qarışır
atam dedi, dinləməzdim
babam susdu, heç bilməzdim
gəzməyə qərib ölkə
ölməyə vətən yaxşı
[bənd 2]
səni halallaşmaq üçün çağırdım
nə olsun, yaram qatı?
oyanıb cənnəti gördüm yuxuma
haram qatıb
neçə il qərar kölgəsində gizləndim
hər dəfə cümlənin başına
ümidvaram atıb
ruhuma yad gəlirsən
sən mənim bədənimsən
xatirələrimi itirmə
sən mənim qələmimsən
qərib diyarlarda parçalarımı itirdim
və sonda sevgilimin gözünə baxıb dedim
‘’sən mənim vətənimsən’’
hələ var qocalmağıma
dərinə enməyimə
ya qucağa almağıma
ya torpağa girməyimə
bir gün bu soyuq həyat şaxtasıyla
səni qucaqlasa, götür bu sevgiləri
üşüsən, geyin əyinə
[keçid]
neçə qonşu pəncərəsində ömür sönüb
aramızdakı ikitərəfli yoldan ömür sürüb
səni yoxkən yad edənləri güllər görür
doğmaların çörəyini iki yerə illər bölür
[nəqərat]
indi qürbət gözlərin görür
hansı torpağın yağışın?
aylar keçir, illər ötür
hər kəs torpağa qarışır
atam dedi, dinləməzdim
babam susdu, heç bilməzdim
gəzməyə qərib ölkə
ölməyə vətən yaxşı
indi qürbət gözlərin görür
hansı torpağın yağışın?
aylar keçir, illər ötür
hər kəs torpağa qarışır
atam dedi, dinləməzdim
babam susdu, heç bilməzdim
gəzməyə qərib ölkə
ölməyə vətən yaxşı
Lirik lagu lainnya:
- lirik lagu shrine of skulls - once covered in corpses
- lirik lagu afşin azəri - biganə
- lirik lagu в твоей палате (v tvoyey palate) - не такой (not like that)
- lirik lagu pixie lott - turn it up (live) [itunes live from london]
- lirik lagu adam lambert - if i had you (radio mix)
- lirik lagu nostalg1a - lunar
- lirik lagu delight worship - i will chase after you
- lirik lagu yusnap - lyrical shady
- lirik lagu ofego - turn it around
- lirik lagu 1990 studio cast of girl crazy - bronco busters