lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu orkhan zeynalli & mardan - 27 sentyabr

Loading...

[bənd 1]
gedirəm, sevgilərim yarım qalır
məni yada salmağın isidər əlimi altında qalın qarın
gözünü yumandan sonra görəcəyin ilk mənzərə
“səni çox gözləmişdim”,~deyərək sarılmağım

gedirəm alovların ortasından üzü günəşə doğru
dərinlik sevənlər həmişə boğulur
biz torpağın altına giririk toxum olaraq
~n~ların göz yaşı ilə o torpaqda vətən doğulur

[keçid]
gedirəm bu axşam, gedirəm, gülüm
bilirəm, gül üzün solacaq mənsiz
gedirəm, gəlməsəm, qalacaq sevgim
bəlkə də, gözlərin dolacaq mənsiz
gedirəm, gəlməsəm, qalacaq sevgim
bəlkə də, gözlərin dolacaq mənsiz

[nəqərat]
yaşadır sevdalı bir xəyal məni
gedirəm, gəlməsəm, yada sal məni
yaşadır sevdalı bir xəyal məni
gedirəm, gəlməsəm, yada sal məni
gedirəm, gəlməsəm, yada sal məni
[bənd 2]
igidi öldürmədən haqqını ver
bütün haqların əl sıxacağı tək ünvandır
qayıtmasam, qalxdığım yer
gedərkən pəncərədən mənə baxan o gözlərdəki
həsrət və kədərin qığılcımıdır boy atdığım yer

deyir: “vətən sağ olsun, anam istərdi
vətən oğlu evdən getmədən sağ olsun
cümlə gənclərdəki ovsun, kimsə nöqtə qoysun
oğlun bu gün əsgərdir
kitabımızda ölmək faciə yox, sadəcə məsdərdir

gedirəm, bu dünyada tək qalasan
divarlarına sığınıb təslim olacağım tək qalasan
üzülmə, səbəbi var hüsranın
üşüyən evlərin, gərəkdir, sönən ocağını
canları ilə igidlər qalasın

üçrəngli bayrağınla məsud yaşa
gedirəm, gəlməsəm, bayrağa sarıl
unutma bədən qoxumu
biz torpağın altına giririk toxum olaraq
~n~ların göz yaşı ilə o torpaqda vətən doğulur
(vətən doğulur)
[nəqərat]
yaşadır sevdalı bir xəyal məni
gedirəm, gəlməsəm, yada sal məni
yaşadır sevdalı bir xəyal məni
gedirəm, gəlməsəm, yada sal məni

yaşadır sevdalı bir xəyal məni
gedirəm, gəlməsəm, yada sal məni
yaşadır sevdalı bir xəyal məni
gedirəm, gəlməsəm, yada sal məni
gedirəm, gəlməsəm, yada sal məni
yada sal məni


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...