lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu omen - banda

Loading...

[bənd 1]
yığacam hamını maşına
bir az da həddimi aşaraq
baxacam varmı bu yollarda qaşınan
son duraq ~ nərimanov olacaq, əvvəlcə

dolanıb şəhərin başına
yazıram yolu, hazıram, oğul
benzinlə tənzimlə sürəti, ya da ki
metanın qazında boğul

qaldırma təkərə çıxarıb ağın
dağılır motorun, axıdır yağın
qorxudan qocatək verirsən ağıl
mən ölümü dadmışam, danışma nağıl

bax, belə vəziyyət alınır
bu oğlan şəhərdə tanınır
mırtlaşıb buraxır qabağa
sonra da dağıdır, nivanın dalını

aparır illəri azaldıb ömürdən
artırmır adamda yaş ağıl
mən hələ baxıram çoxları yuxuda qalıb
və sanki heç bizimlə yaşamır
sıfırla belə bir yaşamı
insanı dürüstlük yaşadır
daha sənlə işim yox, çünki sən
düşmüsən gözümdən bir xeyli aşağı

[nəqərat]
yan, ya da sön, qalx, ya da öl
amma belə qalma kənarda
pulları böl, bax və də gör
gəlmişik buralara haradan?

gecələri çıx, yolları sür
şəhərim əlimdə “карта”m
vaxtıma var, axrına bax
yanımda dayanıb bandam

banda, sürürəm yanımda banda
dağılır şəhərim, bardaq
gəlmişik buralara haradan?
banda, banda, banda!

[bənd 2]
dilini yerinə qoy (ey)
çöndərmə beynimi, “boy” (oy)
mən artıq çox şeydən keçmişəm
dirəşmə, get elə özünə toy (“boy”)
repim bağ, verib bar
gətirdim, yeridim bazara malı
və budur ən “true gang”iniz, budur mən
gəlmişəm yenidən bazarı alım

mersi və tanqa, bağla pranqa
cüzdanım oxşayır yeriyən banka
civilər baxırsa maşınına mindir
endir oteldə, mindir tanka

soruşma nə niyə?! qorxursan bəs niyə?!
ayrı bir dəliyəm, qaçanı dəliyə salıram
isayam gəlmişəm yenidən
repimə vəliyəm!

[nəqərat]
yan, ya da sön, qalx, ya da öl
amma belə qalma kənarda
pulları böl, bax və də gör
gəlmişik buralara haradan?

gecələri çıx, yolları sür
şəhərim əlimdə “карта”m
vaxtıma var, axrına bax
yanımda dayanıb bandam
banda, sürürəm yanımda banda
dağılır şəhərim, bardaq
gəlmişik buralara haradan?
banda, banda, banda!


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...