lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu okaber - hər günah iz buraxır

Loading...

[bənd 1]
müalicə dispanseri dəniz kənarında yerləşir
körpə qışqırıqları, gülüşləri dalğalarla birləşir
dünən buraxılan səhvlər ~ bu gün şiddətli fəsadlar
incə səsli fəryadlar, amma ən dəhşətlisi
ünsiyyətsiz məhk~m körpə gözləri
o, günəş görmək istəyir
həyat ona qaranlıq kölgə göstərir

ruhu təmiz, vücudu natəmiz, həkimlər aciz
qəzəblənir dəniz, niyə o günahsız gözlər çarəsiz?
niyə nizamsız ləkə, iz buraxıb dumanlı xatirə?
cəmi iki yaşı var, amma hər an dayanar zaman, saat
onun üçün həyat anasının buraxdığı səhvdə bitdi

əllər zərif, nəfəs xəfif, bədən zəif tərəfdə itdi
getdi, ruhu cənnət axtarışında tapacaq, əgər varsa
ölüm durarsa, onun zəif ürəyi bir daha vurarsa
deməli, insaf var, mərhəmət yerin tutar
heyif, qəddar olan rəftar nədənsə ürək unudar

[nəqərat]
hər günah iz buraxır
hər günah iz buraxır
hər günah iz buraxır
hər günah iz buraxır
[bənd 2]
qayıdaq üç il əvvələ: universitet həyatı, tələbələr
hər şey gözəl, sevinc dolu, uğurlar, qələbələr
zirvəyə mərtəbələr, amma bir qızın arzuları boş
qulağa xoş gəlməyən duyğuları boş, qorxuları boş

sözüm məğzi ~ onun əxlaqsız həyat tərzi vulqar
hər gün bar, ‘’disco’’, klublar, gecələr bulvar
hətta narkotik, ‘’lsd, s~x’’, iyrənc öpüşlər
onun üçün yad olub sevgi, pak hisslər, gənc görüşlər

sərxoş gülüşlər, hər gecə yataqlarda ehtiras
özünə xas olan obrazda olmazdı həyata xilas
nə çox, nə az, düz 3 il, heç bir şey oldu toz
immun çatışmazlığı, spid, həkimin qoyduğu diaqnoz

həyat necə də boz, 9 aydan sonra daha da bozdur
doğulacaq körpəsi pozulmuş həyatı bir anda pozdu
və dünən buraxılan səhvlər bu gün ağır nəticə
körpə doğuldu, ona qayğı əvəzinə işgəncə

[nəqərat]
hər günah iz buraxır
hər günah iz buraxır
hər günah iz buraxır
hər günah iz buraxır


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...