lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu okaber - evtanaziya (explicit)

Loading...

[bənd 1]
mən hər gün meditasiyada, sən mənə ateist deyirsən
fikirlərim maraqsız, sən jan batist deyilsən
əsərlərimə kağız, qələm, gülüm, bir də öz dünyam lazımdır
karabin obrazına rg, okaberə əli xəyyam lazımdır
insanlar yazdığım sətirlərdə nədənsə nifrət axtarırdılar
əlamət axtarırdılar, bayquşda lənət axtarırdılar
həyatın rəngini soruşdum, boz, bir də qara dedi
‘’пропорция’’sı təyin olunmamış müharibə davam edir
sənə kim dedi ki, qorxma? gözlərin bərəldi, qorx
yalan satıblar sənə, əzrailin əlində kərənti yox
və mənə kafir deyən övliyalar şərab içib öləndə güldüm
dünyaya müqəddəs gələn də öldü, gəlməyən də öldü
məzar da zövqə görə olur, dostum, özün seç, bax

[keçid]
salam, qonaq gəlmisən?
ölməyə hər cür şərait var
keç, bax (keç, bax, keç, bax, keç, bax)

[bənd 2]
bu sadəcə həyatdır, bu həyatın həyatları var
məsih, nazaretli, yehovanın övladları var
dəvələrin qanadları, binaların bərbadları var
pulları, maşınları, fahişə arvadları var
fiquru insanlardan ibarət olan şahmatları var
“kim daha çox qan içə bilər?” deyə zarafatları var
vətən sataraq yüksələn biznesmen adları var
erməni kirvələrinin soyqırım fəryadları var
mavi ekranlarda yetimlərə imdadları var
insanı kütləşdirə biləcək qədər savadları var
zəhərin dadları var müxtəlif, özün iç, bax
[keçid]
salam, qonaq gəlmisən?
ölməyə hər cür şərait var
keç, bax (keç, bax, keç, bax, keç, bax)

[bənd 3]
keçmişdə düşən ulduzlarla insanların öldüyünə inanırdım
evtan~z~ya əsrlərlə davam edirdi və canlanırdı
ilk dəfə bir ruhani danışanda anladım, batildir
kürəyimdən güllə dəyəndə bildim, dostum qatildir
mən də peşmanam indi, hətta qalmadı xatirələr
bütlərin arasında sındı necə mansarda pəncərələr
biz fironları mumiyaladıq və modern günümüzə gətirdik
və hələ də fironlar var, tanrımızı itirdik
hər ürəkdə bir allah varsa, hər canda bir ürək
dilənçilərdən dərs alaq, bir miqdar azadlıq dilənək
o tanınmır nə görünüşdən, nə də ki holoqramlardan
o görünməz efirlərdə və çıxmaz şou~proqramlardan
bu yolda mən varam və yanımda bir neçə dəli şair
yolumuzdan döndərmir qara qeyb və tağı yalan şayiə
qeyrətsiz keçmişi qeyrətli gələcək almır heç vaxt

[çıxış]
salam, qonaq gəlmisən?
ölməyə hər cür şərait var
keç, bax (keç, bax, keç, bax, keç, bax)
salam, qonaq gəlmisən?
ölməyə hər cür şərait var
keç, bax (keç, bax, keç, bax, keç, bax)
(keç, bax, keç, bax, keç, bax)


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...