lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu okaber - canavar ünvanında

Loading...

[bənd 1]
son addımında ehtiyatlı ol!
bizə qarşı çıxarsan, sonuncu addımındır
ölüm sənə yaxındır
üzməyə özünü cırma, dəniz deyil bu, axmaq
bu, qanlı bir axındır, yaxın dur!

əvvəl~axırı budur, insanlar mat~məəttəl
mən əvvəl yaranıb, öldüm lap əvvəl
qaranlıq şəhərə qanlı gözlərlə qara baxışlar
“qarın qardaşdan irəli” ~ deyən harın yaranmışlar

narın yağışlar qədər səhnədə alqışlar
səngərdə sərkərdə kimi döyüşər, vuruşar
içimdə müharibə, sözlərim top~tüfəngdir
həyatın məktəbdirsə, bu gün sonuncu zəngdir

bu gün son dəfə ağla, gül, bağla səhifəni
özünə sifariş elə torpaq, qəbirdaşı, kəfəni
bu gün məhv eləyəcəm səni, yazıq kimi baxma
sən uduzdun, axmaq, şərəfsiz, ağlama, ağlama

[nəqərat]
mən yummuram gözümü alçaqların yanında
və çatdırdım sözümü şərəfsizlərə sonunda
çəkilibdirsə adım “canavar” ünvanında
qanımda var quduzluq, dayanmayın yanımda
mən yummuram gözümü alçaqların yanında
və çatdırdım sözümü şərəfsizlərə sonunda
çəkilibdirsə adım “canavar” ünvanında
qanımda var quduzluq, dayanmayın yanımda

[bənd 2]
təhlükə anında bir addım geriyə və hücum
bu sətirlər vücudum, tükənməzdir gücüm
mənim kağız, qələmim səbəblərin sorağında
sənin qızın, gəlinin ərəblərin qucağında

mənim əsəblərim gərgin və tələblərim zəngin
sənin ailən, həyatın, qazandığın pullar çirkin
bu gün son dəfə qazan, mən udan, sən uduzan
mən yazan~pozan, gözlərim qandır, quduzam

bu gün son dəfə yaltaq, ikiüzlü satqın ol
bu gün son dəfə gir günaha, yetimlərin haqqını al
bu gün son dəfə oğurla, günahsızlara şər at
son dəfə məktəblərə zəhər, düşmənə silah sat

son dəfə qadın alveri, son dəfə qumarx~n~lar
sənin kimilər sənə bu gün son dəfə arxalanar
və bu gün son dəfə görəcəyin bu basılan tətik
sənə demirəm hələlik, həmişəlik!
[nəqərat]
mən yummuram gözümü alçaqların yanında
və çatdırdım sözümü şərəfsizlərə sonunda
çəkilibdirsə adım “canavar” ünvanında
qanımda var quduzluq, dayanmayın yanımda

mən yummuram gözümü alçaqların yanında
və çatdırdım sözümü şərəfsizlərə sonunda
çəkilibdirsə adım “canavar” ünvanında
qanımda var quduzluq, dayanmayın yanımda


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...