lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu nm qrupu - nə var, nə yox

Loading...

~salam, elnur. nə var, nə yox?
~sağlığın. sən necəsən?
~belə də. haradan gəlirsən?
~özüm də bilmirəm
~qanın niyə qaradı e?
~heç sənin də qanın qırmızı deyil
~mən heç, mən bəlaya düşmüşəm. de görüm, sənə nə olub?
~mənim də dərdim danışılası deyil, anar
~aa başqasını sevir?
~~eh, sevsəydi dərd yarıydı. heç kəsi sevmir. nə məni, nə də başqasını
~nə bilirsən?
~özü belə deyir
~mənə bax özü çox şey deyir. bir də ki, abırlı qız sevdiyini boynuna almaz ki
~bəs mən yazıq haradan bilim? fal açdırım?
~eeh, sən də! fal niyə? öz~özün həssas ol da
~anar, bilirsən, deyir ki, inanmıram sənə
~əşi, deyir deyir də. elə elə ki, inansın
~yaxşı. fərhad kimi qaya çapım, yoxsa məcnun kimi çöllərə düşüm, nə məsləhət görürsən?
~…dayan bir az fikirləşim. görüm sənə nə məsləhət verim? sən onun gözlərinə bax, gözlər yalan danışmaz
~eh, onu şairlər uydurub
~elnur, sən də qəribə söz danışırsan e! şairlər də bizim kimi adamdır da. onlar da seviblər, seviliblər
~eh, mənim dərdim bütün yazıçılar ittifaqı yığışıb yazsa, qurtaran deyil. yazıçılar ittifaqı demişkən, nə oldu, cavab yazdı sənə?
~yox, zəng eləmişdi
~aha, nə deyir?
~səsi soyuq idi, buz kimi
~səsinin temperaturunu soruşmuram e, nə dediyini soruşuram
~əşi, salam~kalam eləmişdik ki, əlaqə saxladı
~bəs təkrar zəng eləmədin?
~elədim, telefonu bağlı idi
~hə, indi nə fikirləşirsən?
~ə, nə fikirləşəcəm ki? səsi sopsoyuq idi buz kimi
~hə, axır vaxtlar yerin atmosfer qatında ciddi proseslər gedir.bununla əlaqədar iqlim…
~dayan görüm e, sən də. atmosferin bura nə dəxli var?
~heç, elə~belə. sözdür də deyirəm. darıxma, hər şey yaxşı olacaq
~sən də darıxma
~nə var, nə yox?
~sağlığın
~ayrı nə var, nə yox?
~salamatçılıqdır


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...