lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu nicat - vurula bilmirəm - fəxri kazım

Loading...

[bənd 1]
damlalar qovuşar ümmana, ümmana
zirvələr bürünər dumana
gözəl qız, gəl düşmə gümana, gümana
mən sənə vurula bilmərəm, bilmərəm
gözəl qız, gəl düşmə gümana, gümana
mən sənə vurula bilmərəm

demirəm, eybi var hüsnünün, ey gözəl
min göz var hüsnünün süzgünü
ay qız, bil sözümün düzünü, düzünü
mən sənə vurula bilmərəm
ay qız, bil sözümün düzünü, düzünü
mən sənə vurula bilmərəm

[nəqərat]
sel kimi kükrəsəm, durulsam, durulsam
tövbələr deməkdən yorulsam
kül ollam, bir daha vurulsam, vurulsam
yox, vurula bilmərəm

sel kimi kükrəsəm, durulsam, durulsam
tövbələr deməkdən yorulsam
kül ollam, bir daha vurulsam, vurulsam
yox, vurula bilmərəm
sevgidən bir daha danışma, danışma
gəl baxma kədərli baxışla, baxışla
bağışla, gözəl qız, sən məni bağışla
mən sənə vurula bilmərəm, bilmərəm
bağışla, gözəl qız, sən məni bağışla
mən sənə vurula bilmərəm

[bənd 2]
gizləmək nə lazım, doğrusu, doğrusu
çox olub könlümün ağrısı
gözlərin gileyli baxmasın, baxmasın
mən sənə vurula bilmərəm, bilmərəm
gözlərin gileyli baxmasın, baxmasın
mən sənə vurula bilmərəm

ilk eşqim qəlbimdə bir çiçək, bir çiçək
sanma, o, qəlbimdə öləcək
səninsə taleyin hələ çox güləcək
mən daha vurula bilmərəm, bilmərəm
səninsə taleyin hələ çox güləcək
mən daha vurula bilmərəm

[nəqərat]
sel kimi kükrəsəm, durulsam, durulsam
tövbələr deməkdən yorulsam
kül ollam, bir daha vurulsam, vurulsam
yox, vurula bilmərəm
sel kimi kükrəsəm, durulsam, durulsam
tövbələr deməkdən yorulsam
kül ollam, bir daha vurulsam, vurulsam
yox, vurula bilmərəm

sevgidən bir daha danışma, danışma
gəl baxma kədərli baxışla, baxışla
bağışla, gözəl qız, sən məni bağışla
mən sənə vurula bilmərəm, bilmərəm
bağışla, gözəl qız, sən məni bağışla
mən sənə vurula bilmərəm


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...