lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu neocortex (aze) - qafqaz havası

Loading...

savaş bitdi, gülümsəyir kölgədə şeytan

buludlar çəkildi, xalqa lazım deyil qan

gəldi məktub ailə duyur kəskin həyəcan

rəqs elə qaqam, fəşanlıq eləməli davam

böyük oğul qayıtdı, amma bir söz demədi

anası bişirmişdi, amma oğul yemədi

adını çağırmışdı, amma cavab gəlmədi

mən gedirəm anam, fəşanlıq eləməli davam

gəl oynayaq

gəl oynayaq

yıxılmaz bizim adam, fəşanlıq eləməli davam

gəl oynayaq

ocaq közdən düşər

dodaq sözdən düşər

varlılıq heçə dönüb

həyat gözdən düşər

gözəllər olmasaydı

molla qafar da bu gecə kefdədir

savaş bitdi, gəlməlidir artıq intizam

onlar itirdi, biz itirdik kalan adam

alqış axtaranlar anqırarsa intiqam

özünə gəl qaqam, fəşanlıq eləməli davam

kiçik oğul qaldı, tapdı gözəl yarını
yarın sağaldar ümidvaram o yaranı

aşıq şirin dillə qızışdır bir aranı

bu gün axı bayram, fəşanlıq eləməli davam

gəl oynayaq

gəl oynayaq

gəl oynayaq

yıxılmaz bizim adam, fəşanlıq eləməli davam

gəl oynayaq

ocaq közdən düşər

dodaq sözdən düşər

varlılıq heçə dönüb
həyat gözdən düşər

gözəllər olmasaydı

molla qafar da bu gecə kefdədür

ölüləri dirilər anlamaz

mən də anlamıram heç

diriliyində birini seç və

yolunu onunla bir keç və

sevin, sevin nə qədər varsız

sevin, bəxtiyarsız

yarımçıq deyilsiz

amma bir~birinizə yarsız

gecəni sevin, sübh diləyin

mübariz olun, sülh diləyin

deyin, gülün, şükr eləyin

savaşa çağırış eləməyin, amma hazır olun

parlayın amma fağır olun

həyat edir davam, gəl oynayaq

gəl oynayaq

yıxılmaz bizim adam, fəşanlıq eləməli davam

gəl oynayaq

gəl oynayaq

yıxılmaz bizim adam, fəşanlıq eləməli davam


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...