
lirik lagu necəsən bu gün (akustik) - tomris
[bənd 1]
günlər oldu, heç evimdən çıxmadım
zənglər çaldı, heç birini açmadım
o sevdiyim film vardı, baxmadım
qəmliyəm, necə qəmliyəm bu gün
daha sənin şəklinə də baxmadım
sildim, atdım, yalnız birin saxladım
gözlərimi ovcumla bağladım
ağladım, necə ağladım
[nəqərat]
soruşdunmu: “necəsən bu gün? necə keçir gün?”
heç oldumu, ürəyin dola, amma dil susa?
unutdunmu? elə bir anda gələm ağlına
heç olmurmu, yada düşənlər qala yanında?
[bənd 2]
günəş doğdu, pərdələri bağladım
güllər soldu, heç birini atmadım
ən üstdəki tozlu rəfdə saxladım
ağladım, yenə ağladım bu gün
səssiz getdin, görüşünə çatmadım
qəhər boğdu, həmin gecə yatmadım
çox axtardım, heç özümü tapmadım
yoruldum, daha yoruldum
[nəqərat]
soruşdunmu: “necəsən bu gün? necə keçir gün?”
heç oldumu, ürəyin dola, amma dil susa?
unutdunmu? elə bir anda gələm ağlına
heç olmurmu, yada düşənlər qala yanında?
soruşdunmu: “necəsən bu gün? necə keçir gün?”
heç oldumu, ürəyin dola, amma dil susa?
unutdunmu? elə bir anda gələm ağlına
heç olmurmu, yada düşənlər qala yanında?
soruşdunmu: “necəsən bu gün? necə keçir gün?”
heç oldumu, ürəyin dola, amma dil susa?
unutdunmu? elə bir anda gələm ağlına
heç olmurmu, yada düşənlər qala yanında?
soruşdunmu: “necəsən bu gün? necə keçir gün?”
heç oldumu, ürəyin dola, amma dil susa?
unutdunmu? elə bir anda gələm ağlına
heç olmurmu, mənə bənzəyən çıxa qarşına?
Lirik lagu lainnya:
- lirik lagu frequency - crush (크러쉬)
- lirik lagu oslow - green gardens
- lirik lagu трк «маяк» (trk ''mayak'') - лев ящерица (lev yacheritza)
- lirik lagu atlantic - mina norris
- lirik lagu cheerleader - idles & caught stealing movie
- lirik lagu marido y mujer - el puffin
- lirik lagu ponte remix - dolce papà & mariosainth
- lirik lagu need it all - sixzino
- lirik lagu colapso serio - cirilo
- lirik lagu perfect - mikazi