lirik lagu nazperi dostəliyeva - gecikmiş məhəbbət
sən gizli gəlmisən ömrümə, inan
bu gizli eşq ilə yaşayacağam
dünyanın ən ağır yükü sayılan
gecikmiş məhəbbət yaşayacağam
sən mənim ömrümdə açan çiçəksən
onu ürəyimdə bəsləyəcəyəm
sən məni heç zaman görməyəcəksən
mən səni hər zaman gözləyəcəyəm
uzaqdan göz qoyub gözünə sənin
sankı görəcəyəm allahımı mən
düşüb qarış~qarış izinə sənin
əzbərləyəcəyəm yollarını mən
səni zərrə~zərrə kəşf edəcəyəm
səni milyon kərə kəşf edəcəyəm
ərini oğlunu öyrənəcəyəm
rəngini, qoxunu öyrənəcəyəm
hər günü adınla başlayacağam
hər günü adınla bitirəcəyəm
səni röyalarda oxşayacağam
səni xəyallarda itirəcəyəm
sən məni heç zaman duymayacaqsan
mən bütün ömrünü izləyəcəyəm
sən mənə məhəl də qoymayacaqsan
mən səni həmişə səsləyəcəyəm
hər gün mənim üçün doğulacaqsan
hər gün mənim üçün yox olacaqsan
mənim sevincim də sən olacaqsan
mənim kədərim də sən olacaqsan
mən sənin adına hər saat, hər an
qəlbimdə məktublar yollayacağam
sən heç vaxt fikrimdən çıxmayacaqsan
mən heç vaxt yadında qalmayacağam
beləcə həsrətlə qocalacağam
belə enəcəyəm, ucalacağam
keçib hər alovdan, keçib hər oddan
böyük əzabından şad olacağam
sən mənə həyatda ən doğma adam
mən sənə yaddan da yad olacağam
sən ömr edəcəksən ayrı adamla
mən kiməm, nəçiyəm bilməyəcəksən
bir gün bu dünyadan sənin adınla
köçüb gedəcəyəm bilməyəcəksən
Lirik lagu lainnya:
- lirik lagu malveaux - defrag
- lirik lagu sommerset - mcmxcviii
- lirik lagu looking at birds - ripple
- lirik lagu jays0ver - kouříme michala rycku
- lirik lagu ahme2 - encore
- lirik lagu 1network - tell me what i should do
- lirik lagu kreeps - devils' teeth
- lirik lagu prisyaznyuk - тупая (stupid)
- lirik lagu k folks (singer) - friday morning
- lirik lagu xxylvii - it don't matter