![lirik.web.id](https://lirik.web.id/tema/logo.png)
lirik lagu nəzakət teymurova - xaric segah dəstgahı
[bənd 1]
yarın hicrindən yenə gözlərim ağlar bu gecə
sən sön, ey şəm, mənim ağlamağım var bu gecə
yad edib şəmi~rüxün, istərəm, atəşdə yanam
səpmə su bu оda, ey dideyi~xunbar, bu gecə
yad edib şəmi~rüxün, istərəm, atəşdə yanam
səpmə su bu оda, ey dideyi~xunbar, bu gecə
qətlimin
qətlimin vədəsini sübhə qoyub sübhə kimi
intizar öldürəcəkdir məni, ey yar, bu gecə, bu gecə
[bənd 2]
kuyi~yarə, dayan, ey nalə ki, gizlin gedirəm
məni… məni rüsvayı~cahan eyləmə, zinhar, bu gecə
ağladım
ağladım, göz yaşımın nəqdi tamam oldu bu gün
nə nisar eyləyərəm, gəlsə о dildar bu gecə?
gözlərimdən yuxunu qarət ediblər, yоxsa
qara bəxtim
qara bəxtim edibdir məni bidad bu gecə?
səri~kuyində füzuli
səri~kuyində füzuli gecələrdi
sən onu niyə qovdun?
niyə qovdun, hara bəs getsin о naçar bu gecə?
[bənd 3]
kimdə vardır, gözəlim, səndə olan cazibələr?
sənə dünyada məgər aşiq olan da qəm elər?
bəsdir, bəsdir, öldürməyəcəksən, gözəlim, dünyanı
hər üzü göyçək olan da bu qədər çəm~xəm eylər?!
[keçid]
qaş~göz atma mənə
biganəm paxıllıqdan ölür
az qala, az qala, boynuna girsin
əyilmiş qəmələr
[bənd 4]
incimə, göz yaşım axsa səni gördükdə, gülüm
gülü gördükdə bahar fəslim şəbnəm eylər
nazı~qəmzən… nazı~qəmzən, yerişin
şux baxışın aləmdir, bir də gəl…
bir də gəl zülfün üzə töksən, o da bir aləm eylər
vahidəm
vahidəm, ömrümü mən eşqlə sərf eyləmişəm
eşq ya öldürər axır məni, ya adəm eylər
[bənd 5]
yenə tövbə evini eşqi xərab etmədədir
aşiq, aşiq iftarını sevda meyi nab etmədədir
könlümə bir mələyin sevgisi od saldı
gülü də, zöhrəni də
gülü də, zöhrəni də göydə sərab etmədədir
onun eşq atəşi hər qəlbə girər, amma nədən
tək mənim qəlbimi atəşdə kəbab etmədədir?
gözlərin baxdı mənə, söylədi: “səbir et, səninəm’’
doğrusu, səbir edirəm, ömür şitab etmədədir
ahu gözlüləri yatmış zaman ovlar ovçu
əmir röyada, əmir röyada şikar olmağa tab etmədədir
məsləhətdir, məsləhətdir, məni qovmaqdan isə versin əzab
yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir
gər nizamini, gər nizamini xəta isə həlak etdirmək
aşiqəm, yar, aşiqəm, yar məni öldürsə, səvab etmədədir
[bənd 6]
sübhədək yatmayıram, yoxdur qərarım gecələr
qəmi~qüssədir işim, nazlı nigarım, gecələr
gündüzüm
gündüzüm oldu gecəm, göz yaşım ulduzdur ona
kaş bu dövran yıxa ahı~şərarım gecələr
gecələr, gecələr
lütf qıl, bir gecə gəl külbeyi~əhzanıma sən
gör mənim halımı, bil, yoxdur mədarım gecələr
[bənd 7]
ay, bilməsinlər, yenə eşqində yanan bircə mənəm
bilməsinlər, yenə eşqində yanan bircə mənəm
xəlqi fəryada salır naleyi~zarım gecələr, gecələr
xəlqi, xəlqi fəryada salır naleyi~zarım gecələr
[çıxış]
ey füzuli, mənə zülmət deyil hicran gecəsi
şəmi~bəzm oldu xəyali~ruxi~yarım gecələr
Lirik lagu lainnya:
- lirik lagu sacri - little worm
- lirik lagu mayot - crazy
- lirik lagu the honeys - once you've got him
- lirik lagu boyzlife - i would
- lirik lagu ares (rou) - pace
- lirik lagu gates of paradox - cast into the sea of oblivion
- lirik lagu ive - flu
- lirik lagu envy caine - found a way
- lirik lagu frick! - ten months
- lirik lagu maggotblood - allah made us do it