lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu muxtar abseynov - son salam

Loading...

[nəqərat] [muxtar abseynov]
ağlımda min cür xəyal, dolaşır fikirlər
qaranlıq otağımda danışır şək!llər
yaşanan olaylar açdı qəlbdə dəliklər
o qədər olubdur həyatıma şəriklər

ağlımda min cür xəyal, dolaşır fikirlər
qaranlıq otağımda danışır şək!llər
yaşanan olaylar açdı qəlbdə dəliklər
o qədər olubdur həyatıma şəriklər

[bənd 1] [promete]
dur, geriyə bax, bir özünü gör
bu illərin düyünlərində sən
nələri qazanmısan? nələrin izini
özünə hədəf seçmisən?
və indi həmən sənmisən?
varmı bir əsər içində keçmiş arzularından?

düz yol aparır səni haralara?
köz gəlmir daha dərin yaralara
sözlər arxanca qarabaqara
gözlər hər hənirtiyə yaşarar

[bənd 2] [muxtar abseynov]
tökülən göz yaşımın bilinmir hesabı
sürdüyüm ömrün məchul günahı, savabı
onsuz mən çəkəcəm əzabı
hər kəsə naməlumdur necədir sabahı
mən əsla peşman deyiləm bir qram
həyatım kinodur həm komik, həm dram
fikrim yox bu dünyada yapışam qalam
olmasam belə, ruhən hər zaman varam

[nəqərat] [muxtar abseynov]
ağlımda min cür xəyal, dolaşır fikirlər
qaranlıq otağımda danışır şək!llər
yaşanan olaylar açdı qəlbdə dəliklər
o qədər olubdur həyatıma şəriklər

ağlımda min cür xəyal, dolaşır fikirlər
qaranlıq otağımda danışır şək!llər
yaşanan olaylar açdı qəlbdə dəliklər
o qədər olubdur həyatıma şəriklər

[bənd 3] [promete]
de! nələri geri gətirərdin olsa imkan?
nələri edərdin fərqli, bir də başdan?
“bu gün boş ver, sabaha köklən”
demək istərdim, amma sən insansan

və tərsdir~tərsdir, bu həyat sənə tərsdir
“bəsdir~bəsdir!” desən də, yenə kəsmir
çıxara bilmirsən nəticə niyə sən?
baş verən hər bir şey yeni dərsdir
[bənd 4] [muxtar abseynov]
tökülən göz yaşımın bilinmir hesabı
sürdüyüm ömrün məchul günahı, savabı
onsuz mən çəkəcəm əzabı
hər kəsə naməlumdur necədir sabahı

bəlli deyil ömrümə gələn, yol alan
sevdi məni, əzizim deyən, yad olan
istərdim daha hər kəsdən ayrılam
hamısına məndən, son salam

[nəqərat] [muxtar abseynov]
ağlımda min cür xəyal, dolaşır fikirlər
qaranlıq otağımda danışır şək!llər
yaşanan olaylar açdı qəlbdə dəliklər
o qədər olubdur həyatıma şəriklər

ağlımda min cür xəyal, dolaşır fikirlər
qaranlıq otağımda danışır şək!llər
yaşanan olaylar açdı qəlbdə dəliklər
o qədər olubdur həyatıma şəriklər

ağlımda min cür xəyal, dolaşır…
qaranlıq otağımda danışır…
yaşanan olaylar açdı qəlbdə…
o qədər olubdur həyatıma şəriklər
ağlımda min cür xəyal, dolaşır fikirlər
qaranlıq otağımda danışır şək!llər
yaşanan olaylar açdı qəlbdə dəliklər
o qədər olubdur həyatıma şəriklər


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...