
lirik lagu murad arif - uzaq yaşıl ada
[bənd 1]
ürəyim yol çəkir bir gözə dönüb
yollar da tərs kimi uzanır, gülüm
yuxumdan hər gecə durnalar köçür
bilmirəm, nə olub, haradan bilim?
belə getsə, susar quşların səsi
dənizin də səsi günbəgün batar
yubanma, əzizim, gəl qurtar məni
arxadan dərd çapır, qorxuram, çatar
[keçid]
halıma yanan gərək səsin düşəndə yada
ötən günləri qoru, yaxşı bax, vermə bada
[nəqərat]
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
[bənd 2]
tez ol, xəbər yolla, görüm, necəsən?
gözlərin necədir, yerişin necə?
yaman darıxmışam mən səndən ötrü
barı bir soraq ver özün gəlincə
yerini bilmirəm, bilsəm, gələrəm
könlünü alaram, sevərəm yenə
xəzərin köksündən qalxan dumana
qara şanı büküb gətirrəm sənə
[keçid]
halıma yanan gərək səsin düşəndə yada
ötən günləri qoru, yaxşı bax, vermə bada
[nəqərat]
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
sən uzaq yaşıl ada
sən uzaq yaşıl ada
Lirik lagu lainnya:
- lirik lagu schlagerplatte - es ist vorbei
- lirik lagu the marlowe society - sonnet 1
- lirik lagu marcynho sensação - baby me atende
- lirik lagu july (rap) - so soon
- lirik lagu lil london - hedi hours
- lirik lagu воплі відоплясова (vopli vidopliassova) - ізнов (again)
- lirik lagu kayleehazel - ultraviolence
- lirik lagu kiryu (visual kei) - amayo ni waraeba (雨夜ニ笑ヱバ)
- lirik lagu primal fear - i am the primal fear
- lirik lagu ark icht - guns up