
lirik lagu murad arif - ay dili-dili/reyhani/o qara gözlərinin (popurri)
[bənd 1]
evlərinin dalı mərmər qayası
ay dili~dili, dili~dili dilavər
əcəb qoxur qızılgülün butası
ay dili~dili, dili~dili dilavər
mənim yarım ürkək ceyran balası
ay dili~dili, dili~dili dilavər
[nəqərat]
ay dili~dili, ay dili~dili, ay dili~dili dilavər
ay dili~dili, ay dili~dili dilavər
ay dili~dili, ay dili~dili, ay dili~dili dilavər
ay dili~dili, ay dili~dili dilavər
[bənd 2]
aşıq gəncəli dağlar, oy yar, yar
dibi yoncalı dağlar, oy yar, yar
yarından ayrı düşən, oy yar, yar
haçan dincəlir dağlar, oy yar, yar
aşıq gəncəli dağlar, oy yar, yar
dibi yoncalı dağlar, oy yar, yar
yarından ayrı düşən, oy yar, yar
haçan dincəlir dağlar, oy yar, yar
[nəqərat]
aşıq illər uzunu, ay, uzunu
aşıq illər uzunu, ay, uzunu
tel sünbüllər uzunu, ay, uzunu
çəkərəm yar həsrətin, oy yar, yar
aylar~illər uzunu, oy yar, yar
çəkərəm yar həsrətin, oy yar, yar
aylar~illər uzunu, oy yar, yar
[bənd 3]
elimizdə toy olsun
toy olsun, bayram olsun
qoy yığılsın qonaqlar
hamı mehriban olsun
elimizdə toy olsun
toy olsun, bayram olsun
qoy yığılsın qonaqlar
hamı mehriban olsun
[nəqərat]
qızışdıraq bu məclisi
heyran edək hər kəsi
çal, ay usta, reyhanı
aləmə yayılsın səsi
qızışdıraq bu məclisi
heyran edək hər kəsi
çal, ay usta, reyhanı
aləmə yayılsın səsi
[bənd 4]
stəkanın sarısı, yara qurban olum
içdim, qaldı yarısı, yara qurban olum
stəkanın sarısı, yara qurban olum
içdim, qaldı yarısı, yara qurban olum
gedin, deyin yarıma, yara qurban olum
gəlsin gecə yarısına, yara qurban olum
gedin, deyin yarıma, yara qurban olum
gəlsin gecə yarısına, yara qurban olum
[nəqərat]
yara qurban, yara qurban, yara qurban olum
yar, sənə qurban, sənə qurban, sənə qurban olum
gedin, deyin yarıma, yara qurban olum
gəlsin gecə yarısına, yara qurban olum
gedin, deyin yarıma, yara qurban olum
gəlsin gecə yarısına, yara qurban olum
[bənd 5]
bu intizarlı eşqi telefonda demək olmur
üzüqara, telefonda etdin işimi ləngi
bu intizarlı eşqi telefonda demək olmur
üzüqara, telefonda etdin işimi ləngi
[nəqərat]
vur zəngi, zəngi, zəngi
eylə yarı sən dəngi
ey, yarı məhəbbətlə
etmə məni bədrəngi
vur zəngi, zəngi, zəngi
eylə yarı sən dəngi
ey, yarı məhəbbətlə
etmə məni bədrəngi
[keçid]
o qara, o qara, o qara gözlərinin
qəmzəsi yandırdı məni
o gül yanaqlarının
busəsi yandırdı məni
o qara gözlərinin
qəmzəsi yandırdı məni
o gül yanaqlarının
busəsi yandırdı məni
[bənd 6]
gözlərim yorulmayıb
yolunu gözləməkdən
bu dilim usanmayıb
adını söyləməkdən
gözlərim yorulmayıb
yolunu gözləməkdən
bu dilim usanmayıb
adını söyləməkdən
sevirsənsə, naz eyləmə
sev doyunca, az eyləmə
gözlərinlə könlüm evin
yıxıb viran eləmə
[nəqərat]
o qara, o qara, o qara gözlərinin
qəmzəsi yandırdı məni
o gül yanaqlarının
busəsi yandırdı məni
o qara gözlərinin
qəmzəsi yandırdı məni
o gül yanaqlarının
busəsi yandırdı məni
[bənd 7]
əlimi atdım almaya
alma yеrdə qalmaya
allah qızı yaradıb
oğlan subay qalmaya
əlimi atdım almaya
alma yerdə qalmaya
allah qızı yaradıb
oğlan subay qalmaya
[nəqərat]
a telli~telli ay qız
ay şirin dilli ay qız
anan səni mənə vеrməz
mən neynim axı, ay qız?
a telli~telli ay qız
ay şirin dilli ay qız
anan səni mənə verməz
mən neynim axı, ay qız?
[bənd 8]
qəlbimi dindir
sənə sözüm var
naz~naz eyləmə
gəl görüşək, yar
çıx yaşıl düzə
qonaq gəl bizə
gözüm yoldadır
xoş xəyaldadır
tez gəl, ey gülüm
gözəl sevgilim
həyatımda var
sevdalı bir yar
[nəqərat]
çıx yaşıl düzə
qonaq gəl bizə
çıx yaşıl düzə
qonaq gəl bizə
çıx yaşıl düzə, ay balam
qonaq gəl bizə
çıx yaşıl düzə
qonaq gəl bizə
çıx yaşıl düzə
qonaq gəl bizə
çıx yaşıl düzə
qonaq gəl bizə
çıx yaşıl düzə, ay balam
qonaq gəl bizə
çıx yaşıl düzə
qonaq gəl bizə
Lirik lagu lainnya:
- lirik lagu verzayce - boujee rad!
- lirik lagu bludsh0tz - waterdrops
- lirik lagu s0mbra, soris, stellar dendrites, pulvite & qvest - antelope canyon
- lirik lagu marko perković thompson - preskočena crta
- lirik lagu alo thadeus - berlin freetyle
- lirik lagu lerust - crown
- lirik lagu maya endo - azúl (tú)
- lirik lagu whispers (hc) - this is not the end
- lirik lagu ankith woods - evil ankith
- lirik lagu dayglo abortions - i want to be an east indian