lirik lagu mübariz tağıyev - xəyalım mənim
[bənd 1]
neçə illər keçib ömrümdən mənim
xəyalda şəklini çəkdiyim pəri
həyatda görmədim tayını sənin
sevincim, kədərim, xəyalım mənim
həyatda görmədim tayını sənin
sevincim, kədərim, xəyalım mənim
[bənd 2]
şaxtalı boranlar yandırır məni
günəşin alovu üşüdür məni
nə edim, bilmirəm, taleyim mənim
sənsən tək ümidim, xəyalım mənim
nə edim, bilmirəm, taleyim mənim
sənsən tək ümidim, xəyalım mənim
[bənd 3]
sən həmişə göydəsən, gülüm mənim
darıxma, gələcəm yanına sənin
xəyal tərlan quşdur, çatdırar məni
xəyalda ümidim, dayağım mənim
xəyal tərlan quşdur, çatdırar məni
xəyalda ümidim, dayağım mənim
[bənd 4]
yenə əksin gəlib çağırır məni
nə olub, gözlərin yaşarıb sənin?
tək sənə bağlıdır inamım mənim
sevincim, kədərim, pənahım mənim
tək sənə bağlıdır inamım mənim
sevincim, kədərim, pənahım mənim
[bənd 5]
intizarda qalıb qəlbim, ürəyim
mənim incə mələyim
bir çağır, bir oyat ruhumu mənim
sənsən arzum~diləyim
mənim incə mələyim…
sənsən arzum~diləyim
sənsən arzum~diləyim
[çıxış]
həyatda görmədim tayını sənin
sevincim, kədərim, xəyalım mənim
xəyalım mənim
xəyalım mənim…
Lirik lagu lainnya:
- lirik lagu kheon - style
- lirik lagu indignation meeting - pvlr
- lirik lagu mika - passager
- lirik lagu pablo murphy - mascara
- lirik lagu somos tú y yo - voy a ganar
- lirik lagu hakim & murda - yandım sana
- lirik lagu staind - take
- lirik lagu gloria (bul) - не лъжи на колене (ne lazhi na kolene)
- lirik lagu never get used to people - lied
- lirik lagu achckey - one out of ten