lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu miro (aze) - badə-badə

Loading...

[bənd 1]
nədir bəxtimizə düşən, ayrılığın adıdırmı?
uzaq olsaq da, düşən yada yarın yadıdırmı?
bu gələn dad acıdır, eşqimizin dadıdırmı?
gedən onsuz da gedər, heyif, sevgi badə gedir
o gedəndən içirəm, şərab badə~badə gedir

elə bil yıxılmışam, əl tutanım yoxdur mənim
çinaram səhralığa, gəl, budağım yoxdur mənim
qurumuş torpağa tən bağça~bağım yoxdur mənim
gözümün önündə yar addım atır, yada gedir
o gedəndən içirəm, şərab badə~badə gedir

[bənd 2]
mən həmin baxışlarla gözlərinin aşiqiyəm
o şirin dillərinin, sözlərinin aşiqiyəm
mənə bağlı ikən olan hisslərinin aşiqiyəm
həyatım təxminidir, saat radə~radə gedir
o gedəndən içirəm, şərab badə~badə gedir

hər anı əzbərimdə qarış~qarış tellərinin
yatıram, xəyal edirəm onla olan günlərimi
oyanıb hiss edirəm istiliyini əllərinin
belə halda ikən, inan, qəflətən iradə gedir
o gedəndən içirəm, şərab badə~badə gedir
[bənd 3]
bu əzablarla nədir sevgi bilib sayəndə
leylinin məcnunuyam, söhbəti var barəmdə
nə cəhənnəm, nə də cənnətdir maraq dairəmdə
bu sirri bilən bilir, savaş bu dünyada gedir
o gedəndən içirəm, şərab badə~badə gedir

dəyişib dövranım, hər kəs tanıyır, hamı bilir
gəlmişəm qarış~qarış, danışmışam, hamı bilir
dünyanın hər cürəsini ömür edirəm şanı bilib
bu adam mərd yaşayıb, sadə gəlib, sadə gedib
gedən onsuz da gedib, şərab badə~badə gedir


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...