lirik lagu miri yusif - qobustan
[bənd 1]
qoca dünyanın seyrinə çıxdım
niyə hər gələn buranı tərk edir?
gəzdim, gördüm, maraqla baxdım
bu nə məkandır ki, məni cəlb edir?
[nəqərat]
onun adı qobustan
kökü dərindən gələn bu dastan
bizə qədimdən miras hər daşı
yaşadır tariximizi, yaddaşı
(gizlidir yaşı)
onun adı “qobu stone”
bu daşdan yayılır indi səs və ton
bu nəsil üçün yarıyır hər daşı
yaradır gələcəyimizin yaddaşın
(gizlidir yaşı)
[bənd 2]
gələcəklə tarix çıxıb yarışa
(daş aləmi aləmə sirr olub)
sirr açıb 21~ci əsr
(zamanla dəyişib, müasir olub)
daş üstə daş, yenə yaranır yaddaş
istəyir hamımızı barışaq
[nəqərat]
onun adı qobustan
kökü dərindən gələn bu dastan
bizə qədimdən miras hər daşı
yaşadır tariximizi, yaddaşı
(gizlidir yaşı)
onun adı “qobu stone”
bu daşdan yayılır indi səs və ton
bu nəsil üçün yarıyır hər daşı
yaradır gələcəyimizin yaddaşın
(gizlidir yaşı)
[bənd 3]
daş içində yaşayır ömrü
daş – hafizə, yaddaş, möhür
yaş üstə yaş, gah quru, gah yaş
baş daşa dəyir, sonra əyir baş
qara altda aş, göz üstə qaş
daşa sirr açsan, açmaz onu baş
dağ daşa dayaq, daş dağa sirdaş
lal qayalar dil açaydı kaş
[nəqərat]
onun adı qobustan
kökü dərindən gələn bu dastan
bizə qədimdən miras hər daşı
yaşadır tariximizi, yaddaşı
(gizlədir yaşı)
onun adı “qobu stone”
bu daşdan yayılır indi səs və ton
bu nəsil üçün yarıyır hər daşı
yaradır gələcəyimizin yaddaşın
(qobustan)
(qobustan)
(bu dastan)
(hər daşı)
Lirik lagu lainnya:
- lirik lagu chico & tripsy - cbd flexer
- lirik lagu masiwei - money on my mind
- lirik lagu defkhan - ghetto
- lirik lagu モーニング娘。’21 (morning musume '21) - hey! unfair baby
- lirik lagu los vasquez - voy a llorar
- lirik lagu shah rule - khara sona
- lirik lagu ainda - un minuto antes
- lirik lagu sapa - toyin d
- lirik lagu pikette23 - si me llama
- lirik lagu hevel & evito - satellite