lirik lagu miri yusif - gülə-gülə
[bənd 1]
sən mənim zümzüməm
səni sətir~sətir keçmişdən toplayıb çəkdim nəzmə mən
ritmi tutunca tutdum işarət barmağımı nəbzimə
bu mahnı bəhs edir sənin al yanağındakı qəmzədən
heç kim sənə bənzəməz
sən mənim gözümdən axıb ürəyimə
alışan ruhuma sarmısan alov
əlimdə tellərinin ətri, qulağımda səsin girov
qurusa da fəvvarələr, bir sevgi yaşadıq dəlisov
[nəqərat]
dedim sənə ‘’yaxşı yol’’
getdin, gülə~gülə
[bənd 2]
sən elə mən özüməm
yazılmısan alın yazıma, bəxt ulduzuma, bürcümə
sənsiz olanda edirəm gündüzü gecəyə tərcümə
bəlkə, qarşılaşarıq bir çərşənbə axşamı, bir cümə
darıxmışam hər cürə
mən sənsiz üzgünəm
günəşin~yağışın, enişin~yoxuşun mənə fərqi yox
həyat davamında dayanmaz, çünki fələyin çərxi o
qurusa da fəvvarələr, bir sevgi yaşadıq dəlisov
[nəqərat]
dedim sənə ‘’yaxşı yol’’
getdin, gülə~gülə
[çıxış]
getdin…
getdin…
getdin…
getdin, gülə~gülə
getdin…
getdin…
getdin…
getdin, gülə~gülə
Lirik lagu lainnya:
- lirik lagu emzi (ua) - флекс (flex)
- lirik lagu funeral - ijustkilledmyself
- lirik lagu fido & tiwa savage - awolowo (remix)
- lirik lagu sasha siem - my love
- lirik lagu kep1er (케플러) - drip
- lirik lagu clannad - ancient forest (2024 remaster)
- lirik lagu jorgitoalc - t4rima
- lirik lagu punkinloveee - music movies & fashion
- lirik lagu caco - you rock my lady rev33
- lirik lagu hot water music - undertow