lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu mehdi sadiq & noton - vur

Loading...

[bənd 1]
dalınca qaçacaqlar
üstünə cumacaqlar
alacaq, satacaqlar
lap üzünə də duracaqlar
bərk yoracaqlar
səni də tək qoyacaqlar
amma ki gördün, vuracaqlar
dayanma, birinci vur özün

gözün də qorxmasın
üstünə gəlsin beşdən biri
adımızı eşidən bilir
bəs haradadır ağzının deşilən yeri?
oturub~duracaqlar
üstünə plan da quracaqlar
amma ki gördün, vuracaqlar
dayanma, birinci vur özün

qanlı divarlar əhatəsində
mənə verdi suallar
görəsən, çatırmı dada
çatırmı köməyə hərdən dualar?
dedim ki: “yoxdur gümanlar”
dedi ki: “yoxdur imanlar”
üstünə gəldi vuranlar
dayanma, birinci vur özün
həyat da belədir: güvəndik
dirəndi boynuma məcbur
dedilər: “yer üstdə düz yaşa ki
olasan yer altında məğrur”
amma ki ağılda planını qur
yerində dağ kimi dur
çatanı vur, qaçanı vur
vuranı vur, dayanma, vur

[nəqərat]
yanıb~yaxılsan belə
küllərindən doğulmalısan
intiqam soyuq yeyilən yeməkdir
sən doymamısan

yıxıldın, güc topla, qalx ayağa
durmalısan
başqa yolun yox, dostum
son zərbəni vurmalısan

yanıb~yaxılsan belə
küllərindən doğulmalısan
intiqam soyuq yeyilən yeməkdir
sən doymamısan

yıxıldın, güc topla, qalx ayağa
durmalısan
başqa yolun yox, dostum
son zərbəni vurmalısan


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...