lirik lagu mc b.u.s - yamaq
[nəqərat]
gözün görürsə hər şeyi
amma danışa bilmirsə dilin
demək ki, layiqsən olduğun yerə
demək ki, layiqsən ora
[bənd 1]
dövrün şairiyəm, küçələrdən yazan kəsəm
doğru danışıramsa, sözümü ancaq azan kəsər
dilimin sərtliyini, sözümün kəsərliyini
qələmimin itiliyini, istəyərsə, yazan kəsər
boş~boş fikirlərlə keçirdirik hər saatı
bir boğaz çörək üçün gecə~gündüz tər, su axır
elə bir gündəyik ki, heç bir şeyə vaxt çatmır
tanrıya əl qalxır, insana əl çatmır
dövran elə gəlib ki, kin~nifrət dibə dirənib
bəzən hər bir şeyi rədd eləyib, yazmalısan
əvvəl ölülər susub, dirilər danışardı
indi ölmək üçün danış, yaşamağa susmalısan
ekranda həyasız, tv~ə çıxan heç kim
doğru danışa bilmir, amma qeybət bilir
məktəbdə şagirdin təhsil alması üçün indi
qiymət vermir müəllim, qiymət deyir
baş o qədər qarışıb ki, kim harada, kim neynəyir
sosialda şərh yazırıq axmaq kimi
bir az yaltaq kimi, bir az da qorxaq kimi
o qədər saxtayıq ki, çökmüş yola yamaq kimi
[nəqərat]
gözün görürsə hər şeyi
amma danışa bilmirsə dilin
demək ki, layiqsən olduğun yerə
demək ki, layiqsən ora
[bənd 2]
[nəqərat]
gözün görürsə hər şeyi
amma danışa bilmirsə dilin
demək ki, layiqsən olduğun yerə
demək ki, layiqsən ora
Lirik lagu lainnya:
- lirik lagu dos monos - harou
- lirik lagu adán diaz - jerk x2
- lirik lagu my little pony - new day
- lirik lagu oopsy - black zac efron
- lirik lagu babygirl nica - daydream
- lirik lagu kim aljeon (김알전) - say it (in the middle)
- lirik lagu xanax pr3ncess - make the little princess cry
- lirik lagu man man - cryptoad
- lirik lagu katherine jayne - ariana tanked
- lirik lagu lyricalgenes - million dollar mo