lirik lagu lalə məmmədova - səni sevmək üçün gəldim dünyaya
[bənd 1]
çöldə çiçək oldum, çəməndə naxış
şimşəkdə od oldum, buludda yağış
sirli bir göz gördüm, nurlu bir baxış
çevrildim çeşməyə, qarışdım çaya
səni sevmək üçün gəldim dünyaya
səni sevmək üçün gəldim dünyaya
[keçid]
leyli da, əsli də, şirin də mənəm
məcnuna, fərhada qanad da mənəm
ölüm də, sevgi də, həyat da mənəm
şükür yaradanın verdiyi paya
səni sevmək üçün gəldim dünyaya
[nəqərat]
mən min il əvvəl də gələ bilərdim
min ildən sonra da ölə bilərdim
zamanı başqa cür hesablayardım
vaxtı başqa cürə bölə bilərdim
düşüb sən doğulan həftəyə, aya
səni sevmək üçün gəldim dünyaya
düşüb sən doğulan həftəyə, aya
səni sevmək üçün gəldim dünyaya
[bənd 2]
səsini eşitdim, səsdən səs aldım
şaqraq gülüşündən güc, həvəs aldım
sən nəfəsim oldun, mən nəfəs aldım
muştuluq verdilər günəşə, aya
səni sevmək üçün gəldim dünyaya
səni sevmək üçün gəldim dünyaya
[keçid]
leyli da, əsli də, şirin də mənəm
məcnuna, fərhada qanad da mənəm
ölüm də, sevgi də, həyat da mənəm
şükür yaradanın verdiyi paya
səni sevmək üçün gəldim dünyaya
[nəqərat]
neçə dinsizləri dinə gətirdim
qorudum, sünbülü dənə gətirdim
könlümdə nə varsa, sənə gətirdim
mənim yollarımı kəsə bilmədi
nə sərhəd, nə dəmir, nə daş, nə qaya
səni sevmək üçün gəldim dünyaya
nə sərhəd, nə dəmir, nə daş, nə qaya
səni sevmək üçün gəldim dünyaya
mən min il əvvəl də gələ bilərdim
min ildən sonra da ölə bilərdim
zamanı başqa cür hesablayardım
vaxtı başqa cürə bölə bilərdim
düşüb sən doğulan həftəyə, aya
səni sevmək üçün gəldim dünyaya
düşüb sən doğulan həftəyə, aya
səni sevmək üçün gəldim dünyaya
səni sevmək üçün gəldim dünyaya
səni sevmək üçün gəldim dünyaya
Lirik lagu lainnya:
- lirik lagu carolyn arends - all flame
- lirik lagu angelo la melodya - mujeres solteras
- lirik lagu moritz patzer - nervous
- lirik lagu elenowen - sleeping with the lights on
- lirik lagu cornflex - get fucked up
- lirik lagu gloom katz and vespodd - you really don’t know how to shut up?
- lirik lagu young milli - how many times
- lirik lagu n`pans - барин (master)
- lirik lagu sirky - istina
- lirik lagu 79(seventy-nine) - да ладно, че ты?(come on)