lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu l-mir - demişdim sənə

Loading...

[nəqərat]
yolunu get, amma unutma, nə demişdim sənə
(demişdim sənə, demişdim sənə)
“fame” artdıqca artacaq fitnə, demişdim sənə
(demişdim sənə, demişdim sənə)

yolunu get, amma unutma, nə demişdim sənə
(demişdim sənə, demişdim sənə)
pul artdıqca artacaq fitnə, demişdim sənə
(demişdim sənə, demişdim sənə)

[bənd 1]
mən bu yoldayam dünyaya göz açandan
itirib öz qüvvəsini, denən, söz haçandan
oturub gözləyərkən bu təbin gəlişin
musiqi dəyişib, musiqi çox pis dəyişib
uzaqlaşmışam repdən, illərdir
“old school” kimi artıq heç nə yellətmir
vaxtı ilə sözümdən ötrü bizə çox qulaq asan olub
ürəyi təmiz olan axtarmır hər şeyin asan yolun
bütün hekayələr, sözsüz ki, bitmir eyni
mən o insanam ki, haqqında deyirlər: “bilir, neynəyir”

seçirəm xəlvəti, hər qərarım qəti
hər dəfə girərkən “будка”a demişəm həqiqəti
qulaq asan deyir: “mən yaşamışam eynisin”
inan ki, qınamaram, eşitsəm dəyişib “playlist”in
yada salıb özün üçün arada qulaq asarsan
amma, amma daha əvvəlki kimi olmarsan
[nəqərat]
yolunu get, amma unutma, nə demişdim sənə
(demişdim sənə, demişdim sənə)
“fame” artdıqca artacaq fitnə, demişdim sənə
(demişdim sənə, demişdim sənə)

yolunu get, amma unutma, nə demişdim sənə
(demişdim sənə, demişdim sənə)
pul artdıqca artacaq fitnə, demişdim sənə
(demişdim sənə, demişdim sənə)

[bənd 2]
2025 bitir, vaxt elə uçur, çaşır adam
elə bil yaş artdıqca səs~küydən uzaqlaşır adam
əvvəllər hamı ilə yaxınlıq edirdinsə
bu gün yalnız 1~2 nəfərlə dərdini paylaşır adam
bunu dedim, hamı fikirləşdi: “elmir də qocaldı, getdi”
bəxtəvər “green card” udub, yolu açıldı, getdi
mən çalışdım, elə yazım, dəyəri sözümün olsun
“respect” zor şeydir, amma mənə lazımdır, ev özümün olsun

deyirlər, atacaq, gördünsə, asılıb divardan tüfəng
elə məndə də heç nə baş vermir təsadüfən
fikirləşirdim ki, köçməklə taleyimi aldatdım
bir də xəbər gəldi ki, canım laçın qayıtdı
darıxma, biz sənlə görmüşük artıq ən pik vaxtlar
indi adımı sıfırdan başlayanlar sırasında axtar
əməllə təsdiq etməlisən hər dediyini sözünlə
pis yoldan çəkilən heç nə götürmür özü ilə
[nəqərat]
yolunu get, amma unutma, nə demişdim sənə
(demişdim sənə, demişdim sənə)
“fame” artdıqca artacaq fitnə, demişdim sənə
(demişdim sənə, demişdim sənə)

yolunu get, amma unutma, nə demişdim sənə
(demişdim sənə, demişdim sənə)
pul artdıqca artacaq fitnə, demişdim sənə
(demişdim sənə, demişdim sənə)


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...