lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu iszi_eac - karma-həyatın qanunu

Loading...

[intro]
həyat bir güzgüdü, bax, gör özünü
kimin ürəyi qara, kimin sözü düz?
atdığın hər addım bir gün dönəcək
bu bir qanundu, heç kim qaça bilməz!

[verse 1]
səp nəyi istəyirsən, onu da biç
karma səni tapar, yoxdu çıxış
pislik edənin yolu qaranlıq
haqsızın qisməti qəm~qüssə, ağrı

kimlər aldatdı, kimlər satdı?
bax indi gör, kim qaldı, kim yatdı?
həyat kitabdı, səhifə çevrilir
hər fəsildə gerçək üzə çıxır

biri var idi, haqq yeyirdi
yalan danışıb yol çevirirdi
amma unutdu ki, tale sərt
özü ilişdi, getdi zərb

[nəqarət]
karma gəlir, qapını döyür
dünən sən idin, bu gün gör kim ölür?
yalan danışan, axırda susar
həyat ədalətli, unutma, qardaş!
[verse 2]
bax, bu küçələr şahiddir hər an
kimin əli təmiz, kimin qəlbi solan
pul üçün dostu satanın sonu
qəbrin içində yalan, qaranlıq yolu

mən gördüm kimlər necə dəyişdi
dost dediklərim pula meyilləşdi
indi yolumda təkəm, amma düz
çünki vicdan rahat, mənə yetir bu söz

pislik edib gülsən də, çox çəkməz
həyat səni sınar, oyun bitməz
hər səhv addım geri dönəcək
için qaranlıqsa, sonun gecədi!

[nəqarət]
karma gəlir, qapını döyür
dünən sən idin, bu gün gör kim ölür?
yalan danışan, axırda susar
həyat ədalətli, unutma, qardaş!

[bridge]
gec də olsa, haqq bərqərar
həyat səni bir gün tapar
xəyanət edən, unutsun rahat
karma heç vaxt səhv saymaz
[verse 3]
kimlər aldadıb, kimlər satıb
öz mənliyini pula satır
düşün bir anlıq, dön geri bax
karma səni izləyir, unutma bunu, qaqaş!

bəlkə də indi hər şey əladır
gülürsən, içində hiylə qalır
amma sabah necə olacaq?
bəlkə də həyat sənə kart açacaq

mən isə yolumda sakitəm hələ
nifrətə, kini atmışam kənara
həyat dərs verir, mən onu yazdım
kim nə edibsə, bir gün tapacaq

[outro]
həyat ədalətli, yol açıq
kimin ürəyi təmiz, kimin içi qapqara?
etdiyin hər şey geri qayıdar
karma qanundur, heç kim qaça bilməz!


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...