lirik lagu ismayıl zeynalov [az] - şəhərim
[bənd 1]
şəhərim uşaqlıqdakıtək sevinc vermir mənə
o məni böyütdü, özü isə balacalaşdı
o, küləklər şəhəri sevdiklərimi uçurtdu
gözlərim kimi sevdi, gözlərimdə yadlaşdı
deyildim bəziləri kimi ancaq mərkəzlərdə
sevirdim şəhərimin hər tinini, hər küçəsini
“səni sevirəm” qışqırana sən aldanma, bakı
ən böyük arzusudur bir gün səni tərk eləsin
[nəqərat]
hər yerdə eyni günəş, eyni səma, eyni fəza
tanrı hər yerdə eynidir oxunmasa da azan
qaç buralardan, qaçmağa yerlər çox
qorxma sevgisizlikdən, sevgi heç yerdə yox
[bənd 2]
günü~gündən daşlaşan qəlbimi yandır getsin
o, bir də əvvəlkitək heç kəsi sevməyəcək
sevgini unutdum qaldı fevralın buzlarında
dəyməyin donub artıq, bir də əriməyəcək
darıxma, şəhər, mənsiz, mən sənsiz darıxmaram
mənə yalnız qalmağı axı sən öyrətmisən
itirmə izlərimi, bəlkə bir də dönmərəm
bağışla məni, şəhər, mən bir də sevmərəm
[nəqərat]
hər yerdə eyni günəş, eyni səma, eyni fəza
tanrı hər yerdə eynidir oxunmasa da azan
qaç buralardan, qaçmağa yerlər çox
qorxma sevgisizlikdən, sevgi heç yerdə yox
hər yerdə eyni günəş, eyni səma, eyni fəza
tanrı hər yerdə eynidir oxunmasa da azan
qaç buralardan, qaçmağa yerlər çox
qorxma sevgisizlikdən, sevgi heç yerdə yox
Lirik lagu lainnya:
- lirik lagu iri - moon
- lirik lagu emms - klein klein jongetje (als je groot bent)
- lirik lagu patrick r. carberry - a love song
- lirik lagu vytautas praškevičius - laukimas
- lirik lagu crystal gayle - clock on the wall
- lirik lagu skylin - purpose
- lirik lagu alka vuica - presidente
- lirik lagu chewie - dub artist - agent jay dub
- lirik lagu georgia scott - bad company
- lirik lagu michele anelli - raccolgo idee