lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu humay aslanova – sarı güllər

Loading...

[bənd 1]
dünyada əlvan rənglər, güllər ağlar, sevinər
hər gülü öz rəngində yada salar sevənlər
rənglər dönər güllərə, güllər yağar əllərə
əllər qonar tellərə o günlərdə…

yadıma gəlir o gün
mən həsrətdən donanda
görüşə gəldim yenə günəş rəngli donumda?
günəş rəngli gülləri aldı səndən əllərim
niyə kədər göründü gözlərində?

[nəqərat]
sarı güllər ömrümə düşən kədər
sarı güllər qəmlə gülümsər
sarı güllər yoluma hicran səpər
sarı güllər ayrılıq gətirər

[bənd 2]
yaraşdı sarı donum günəş rəngli güllərə
o rənglər düşdü niyə sənsiz ötən günlərə?
illər keçdi o gündən, görüb indi bilirəm
niyə kədər göründü gözlərində

[nəqərat]
sarı güllər ömrümə düşən kədər
sarı güllər qəmlə gülümsər
sarı güllər yoluma hicran səpər
sarı güllər ayrılıq gətirər
sarı güllər yoluma hicran səpər
sarı güllər ayrılıq gətirər


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...