lirik lagu h.o.s.t. alliance - bezmişəm
[bənd 1: qaraqan]
yenə qaldım tək unudulmuş, yaralanmış, ah…
köhnə şək!llər yerə səpələnmiş, qaralanmış, yar
kipriklərin iti qılıncdan, barmaqların caynaq kimi
gözlərindən çıxan alovlar məni yandırdı yarpaq kimi
payıza döndərib, günəşimi söndürüb
sən dənizi içmisən, ürəyimdən uçmusan
mən dalınca qaçmışam, mən hər şeydən keçmişəm
gələcəyim, keçmişim, səndən…
[nəqərat: qaraqan]
bezmişəm küləkdən
bezmişəm günəşdən
bezmişəm yağışdan
bezmişəm sevgidən
bezmişəm arzudan
bezmişəm boş ümiddən
bezmişəm hər şeydən
bir liman, bir də mən
[bənd 2: qaraqan]
yenə qaldım tək dostlarımdan aralanmış, ah…
amma bu da keçər, qəlbim yerdə tapdalanmış yar
bəbəklərim qara zülmətdən, mən cənnətdə dustaq kimi
parçalandım bir neçə yerə, mən hava, od, su, torpaq kimi
baharı qaytarıb, ulduzları yandırıb, kədərimi güldürüb
qəfəsimi açmışam, mən ağrılı taleyimi nağıla döndərib
məhəbbəti öldürüb, səndən…
[nəqərat: qaraqan]
bezmişəm küləkdən
bezmişəm günəşdən
bezmişəm yağışdan
bezmişəm sevgidən
bezmişəm arzudan
bezmişəm boş ümiddən
bezmişəm hər şeydən
bir liman, bir də mən
[bənd 3: aid]
bir bulud günəşdən ilham alır, ulduzlarım arxam olur
mələklərim diləklərimə bağlı əməli qələmə alır
söz ümidi məndən alır, çarə yenə də səndə qalır
bəlkə bəzən yarım qalan yollar məndən bezib gedib
tənha qalır körpülər də, danışmayan körpələr də
baxışlarla bildirəndə, qəzəbə son, göyərçinimə “qon!”
əmri mən verəndə nə biləydim, ünvan sənin qəlbin olacaq
həsrət indi mənim, acıq vermək növbəsi indi sənin olacaq
bil, mən artıq bezmişəm
təkcə səndən deyil, elə özümdən də bezmişəm
[çıxış: aid]
mən bezmişəm, mən bezmişəm
mən bezmişəm, mən bezmişəm
mən bеzmişəm, mən bezmişəm
mən bezmişəm…
Lirik lagu lainnya:
- lirik lagu the garages - strikeout!
- lirik lagu vayeavek - the victim
- lirik lagu бабек мамедрзаев (babek mamedrzaev) - не моя (not mine)
- lirik lagu lynsey de paul - rainbow
- lirik lagu hans philip - hsól
- lirik lagu remigio rd - saturno
- lirik lagu phyrosun (grc) - rude boy
- lirik lagu within destruction - lotus
- lirik lagu alblak 52 - transit
- lirik lagu toosii - city of love