lirik lagu gülyaz məmmədova - çahargah fantaziyası
[bənd 1]
neylərəm, gülzarı kim, sən gülüzarımsan mənim
sünbülüm, sərvim, gülüm, bağım, baharımsan mənim
yar, ay yar…
dolsa aləm xublərdən istəməm, zira ki sən
xublərdən, sevdiyim, ziba nigarımsan mənim
dolsa aləm xublərdən istəməm
dolsa aləm xublərdən istəməm, zira ki sən
xublərdən, sevdiyim, ziba nigarımsan mənim
yar… ey…
[bənd 2]
gah alırsan canımı, gah verirsən can mənə
gah alırsan canımı, gah verirsən can mənə
sən məgər kim, ey büti~tənnaz, tarımsan mənim
gəlmə nəşim üstə…
gəlmə nəşim üstə, versəm həsrə~tindən can əgər
qeyrilər ta olmasın agah ki, yarımsan mənim
[bənd 3]
başımın tacı qübari~məqdəmindir, ey sənəm
sən səriri~izzət üzrə tacdarımsan mənim
seyidi~sərgəştə tək…
seyidi~sərgəştə tək, miskin gədayəm, leyk sən
yar…
seyidi~sərgəştə tək, miskin gədayəm, leyk sən
sərvərim, şahım, pənahım, hər nə varımsan mənim
ay aman, aman, aman, aman…
yar, aman, aman, aman, aman
yar, yar, aman, ax, yar, aman, yar
ax, yar, ey yar… yar… yar… ey…
[bənd 4]
mən neylirəm… yar… ey…
mən neylirəm o dilbəri, şirin dil olmasa?
bülbül baharə eşq yetirməz gül olmasa
məcnunun, ey…
məcnunun eşqi leylinin artırdı şöhrətin
qədri bilinməz idi gülün, bülbül olmasa
əhd etmişəm ki, hər gözələ mail olmayım
ay dad, ay dad, yar, aman ey…
ey yar, ay aman…
əhd etmişəm ki, hər gözələ mail olmayım
mənsiz bəlalı könlüm əgər mail olmasa
aman, aman, yarım, aman…
yar… yar… aman, aman, aman, ax yar, ey…
yar, aman, yar… yar, ey…
[bənd 5]
sevgilim, el bilir mən əhli~dərdəm
səndən başqasını sevsəm, namərdəm
sevgilim, el bilir mən əhli~dərdəm
səndən başqasını sevsəm, namərdəm
qüssədən ölürəm, neyləyim ki, hər dəm
məni qoyub baxır yana gözlərin
qüssədən ölürəm, neyləyim ki, hər dəm
məni qoyub baxır yana gözlərin
məni qoyub baxır yana gözlərin
[nəqərat]
kirpiyin xəncərdir, qaşların kaman
fitnəkar gözləri gendən tanıram
necə deyim sənə, qəmdən yanıram?
mənimtək od tutub yana gözlərin
necə deyim sənə, qəmdən yanıram?
mənimtək od tutub yana gözlərin
gətiribdir məni cana gözlərin
mənimtək od tutub yana gözlərin
gətiribdir məni cana gözlərin
[bənd 6]
dala~dala~dala, ey, yar…
yar…yar… ey…
əhd etmişəm ki, hər gözələ mail olmayım
mənsiz bəlalı könlüm əgər mail olmasa, ey
dərdi~fəraqǝ badə özü bir əlac edər
yar, yar, ay yar…
yoxsa bu dərdə kim dayanar, qafil olmasa?
ay aman, aman, yar…
ay yar, ey…
ay aman, yar… yar, ay aman…
əhd etmişəm ki, hər gözələ mail olmayım
mənsiz bəlalı könlüm əgər mail olmasa
yar, ay yar…
cövr eylədikcə yar mənə, istərəm onu
el sevməz, hər ağacda bəhər hasil olmasa
yar, ay yar…
vahid, könüldə eşqimi mən gizli tutmaram
[çıxış]
yar, ay yar…
yar… yar… ay yar…
yar…
vahid, könüldə eşqimi mən gizli tutmaram
ürfanıma təərrüz edən cahil olmasa
ay aman, aman, aman, yar…
yar, aman, aman, ay…
yar… can… yar, ay aman…
yar… aman…
yar… yar, ay… yar…
Lirik lagu lainnya:
- lirik lagu misogyn bluu - greased up fatty (ode to cheeseburgers)
- lirik lagu gaz mawete - on y go
- lirik lagu marracash - giufa cafe
- lirik lagu marele miluță - pinguinul lu' miluță
- lirik lagu supxr - enemy
- lirik lagu овсянкин (ovsyankin) - hello kitty
- lirik lagu oak - this is love
- lirik lagu ja, panik - hey reina
- lirik lagu wavefuego - rip dorik
- lirik lagu suspect cb - parte di me