lirik lagu gülyaz məmmədova - ata
[bənd 1]
mənə bir dərd idi anasızlığım
indi də mən sənsiz qalmışam, ata
ulu təbiətdən mən öz payımı
vədəli, vədəsiz almışam, ata
indi də mən sənsiz qalmışam, ata
indi də mən sənsiz qalmışam, ata
[nəqərat]
indi də mən sənsiz qalmışam, ata
indi də mən sənsiz qalmışam, ata
[bənd 2]
bayatı deməyə bir sinə bəndəm
dindirmə, yanaram, bir qəmə bəndəm
gözyaşı tökməyə bir himə bəndəm
buludtək yamanca dolmuşam, ata
indi də mən sənsiz qalmışam, ata
indi də mən sənsiz qalmışam, ata
[nəqərat]
indi də mən sənsiz qalmışam, ata
indi də mən sənsiz qalmışam, ata
[bənd 3]
dostlar yaxşı bilir təbiətimi
mənim inadımı, qətiyyətimi
mən öz sevincimi, səadətimi
sənsiz qayalara çalmışam, ata
indi də mən sənsiz qalmışam, ata
indi də mən sənsiz qalmışam, ata
[çıxış]
zərifəm, varlığım dumandan, çəndən
yaxınım, yadım da bezikib məndən
arxamdan dağ kimi sən uçan gündən
uşaqdan da betər olmuşam, ata
indi də mən sənsiz qalmışam, ata
indi də mən sənsiz qalmışam, ata
Lirik lagu lainnya:
- lirik lagu winefred rt - that's my baby
- lirik lagu abtin - ride or die
- lirik lagu the voodoos - psychiatric puppet.
- lirik lagu cayo banks - high school
- lirik lagu king emmo - monopol
- lirik lagu the scratch - trom ii (a slip in the wind)
- lirik lagu redemption draweth nigh - uncertain
- lirik lagu vinxen (빈첸) - break!
- lirik lagu dolbitofficial - какащке
- lirik lagu vitor fernandes - perigo (seresta do vf 2.0)