lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu gülyanaq məmmədova - laylay

Loading...

[bənd 1]
yuxu bilməz gözlərim
durmuşam keşiyində
yuxu bilməz gözlərim
durmuşam keşiyində

mənim ürək sözlərim
səslənir beşiyində
laylay, həyatım, laylay
qolum~qanadım, laylay
laylay, həyatım, laylay
qolum~qanadım, laylay

[nəqərat]
laylay, laylay, balam, laylay
laylay, həyatım, laylay
laylay, laylay, balam, laylay
laylay, həyatım, laylay

[bənd 2]
düşməz adın dilimdən
dolanaram başına
düşməz adın dilimdən
dolanaram başına

heç dözə bilmərəm mən
gözlərinin yaşına
laylay, həyatım, laylay
qolum~qanadım, laylay
laylay, həyatım, laylay
qolum~qanadım, laylay
[nəqərat]
laylay, laylay, balam, laylay
laylay, həyatım, laylay
laylay, laylay, balam, laylay
laylay, həyatım, laylay

[keçid]
qərib yerdə, qərib yerdə xəstə düşüb yatanda
vətəni, elini andın, ay ana
son nəfəsdə, son məqamda, son anda
oğul deyib məni andın, ay ana, ölürəm, ölürəm

sibirdə olanda ömür yoldaşın
sibirdə olanda ömür yoldaşın
çox bəlalar çəkdi bəlalı başın
sürgün oldu, sürgü oldu bütün qohum~qardaşın
arxasız, köməksiz qaldın, ay ana

7 il qürbətdə ~ yad eldə oldun
7 il qürbətdə ~ yad eldə oldun
gəncədə, bərdədə saraldın~soldun
naxçıvanda, süs kəndində yurd saldın
qərib məzarlıqda qaldın, ay ana

qərib eldə vətən deyib ağladın
qərib eldə vətən deyib ağladın
nalə çəkib ürəkləri dağladın
qərib eldə vətən deyib ağladın
nalə çəkdin ürəkləri dağladın
gecə~gündüz başa qara bağladın
alovlandın, alovlandın, yandın, yandın, ay ana
belə qərib yerdə xəstə düşüb yatanda
vətəni, elini andın, ay ana
son nəfəsdə, son məqamda, son anda
oğul deyib məni andın, ay ana

gözəl xəlq etmişdi səni yaradan
gözəl xəlq etmişdi səni yaradan
heyif, cavan ikən getdin dünyadan
həsən mirzə dilək dilər hüdadan

gözəl xəlq etmişdi səni yaradan
heyif, cavan ikən getdin dünyadan
həsən mirzə dilək dilər hüdadan
həsən mirzə dilək dilər hüdadan

rahat keçsin hər bir anın, ay ana, ay ana, can ana

[nəqərat]
bal kimi səsinə qurban olum, ay ana
o mələk üzünə heyran olum, ay ana
bal kimi səsinə qurban olum, ay ana
o mələk üzünə heyran olum, ay ana

[bənd 3]
anadan qiymətli, anadan əziz
bir varlıq yoxdur ki qoca dünyada
saxlaram ürəyimdə adını əziz
əzizlərəm səni hər zaman, ana
saxlaram ürəyimdə adını əziz
əzizlərəm səni hər zaman, ana
oldun taleyimdə müqəddəs yazı
gətirdin ömrümə baharı, yazı
oldun taleyimdə müqəddəs yazı
gətirdin ömrümə baharı, yazı
susma, qoy dinləyim o xoş avazı

[nəqərat]
bal kimi səsinə qurban olum, ay ana
o mələk üzünə heyran olum, ay ana
bal kimi səsinə qurban olum, ay ana
o şirin laylana heyran olum, ay ana

bal kimi səsinə qurban olum, ay ana
o şirin laylana heyran olum, ay ana
bal kimi səsinə qurban olum, ay ana
o şirin laylana heyran olum, ay ana


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...