lirik lagu güllü muradova - füzuli kantatası
[bənd 1]
məni candan usandırdı, cəfadan yar usanmazmı, usanmazmı?
fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
muradım şəmi yanmazmı?
fələklər yandı ahimdən, muradım şəmi yanmaz, şəmi yanmazmı?
[bənd 2]
qəmu bimarinə canan dəvayi~dərd edər ehsan
neçün qılmaz mənə dərman, məni bimari sanmazmı?
qəmim pünhan tutardım mən
dedilər yarə qıl rövşən
desəm, ol bivəfa bil mən, inanırmı, inanmazmı?
inanırmı, inanmazmı?
[bənd 3]
(şəbi~hicran yanar canım, tökər qan çeşmi~giryanım
oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?)
oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
[bənd 4]
güli~rüsxarinə qarşı gözümdən qanlı axar, qanlı axar su
həbibim, fəsli~güldür bu, axar sular bulanmazmı?
axar sular bulanmazmı?
həbibim, fəsli~güldür bu, axar sular bulanmazmı, bulanmazmı?
[bənd 5]
deyildim mən sənə mail, sən etdin əqlimi zail
mənə tən eyləyən qafil səni görcək utanmazmı?
füzuli rindü şeydadır
(füzuli rindü şeydadır)
həmişə xəlqə rüsvadır
sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
bu sevdadan usanmazmı?
(sorun kim, bu nə sevdadır, nə sevdadır)
bu sevdadan usanmazmı?
Lirik lagu lainnya:
- lirik lagu leon bridges - simplify
- lirik lagu lilith ai - serial killers prefer blondes
- lirik lagu lito magnaye - ako'y narito (i will be here)
- lirik lagu ana castela - apaixonado por você (ao vivo)
- lirik lagu egzekucyjny pluton - egzekucyjny pluton
- lirik lagu vous worship - perfect peace
- lirik lagu maxence - squelette
- lirik lagu assala - أصالة - mohjat khwatak - مهجة خواتك
- lirik lagu stroppo - uga uga
- lirik lagu vítor g souza - meu reelembrar